Zemstvo yığıncağı

Zemstvo yığıncağı — XVI əsrin ortaları -XVII əsrin sonlarında Rusiyada silklərin nümayəndələrindən ibarət təsisat.

Müqəddəs kilsənin, Boyar Dumasının, "hökmdar sarayı"nın üzvlərindən, eləcə də seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə baxılırdı. Çar hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olaraq, Zemstvo yığıncaqları getdikcə daha az, özü də yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa başlandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]