Azadlıq barrikadalarda

Vikipediya saytından
Legobot (müzakirə | töhfələr) (Bot: Migrating 34 interwiki links, now provided by Wikidata on d:q29530 (translate me)) tərəfindən edilmiş 02:54, 3 aprel 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Rəsm əsəri

"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Barrikadalarda azadlıq" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo.

Delakrua bu əsəri 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında yaratmışdır. Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdır: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir. Hazırda əsər Luvrun birinci mərtəbəsindəki 77-ci zalda, Denon qalereyasında R.F. 129. şifrə altında saxlanılır.

Əsərdə mərkəzdə başında friqiy börkü, sağ əlində trikolor, sol əlində tüfəng tutmuş döşü açıq qadın rəsmi təsvir olunmuşdur. Burada döşü açıqlıq, fransızların "sinəsi açıq " hünərlə düşmən üzərinə getdiklərini tərənnüm edir.

Xarici keçidlər