Ferdinan Viktor Ejen Delekrua (fr. Ferdinand Victor Eugène Delacroix; 26 aprel 1798[1][2][…], Sen-Moris, Birinci Fransa Respublikası[4] – 13 avqust 1863[3][1][…], Paris, İkinci Fransa İmperiyası[4]) — fransız rəssamı, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri.
Ejen Delakrua | |
---|---|
fr. Eugène Delacroix | |
Doğum tarixi | 26 aprel 1798[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1863[3][1][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | rəssam, gündəlik yazıçısı[d], litoqraf, fotoqraf, boyakar[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Təhsili |
|
Janrlar | tarix rəssamlığı[4], peyzaj[4], natürmort[4] |
Stil | romantizm[5] |
Tanınmış işləri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ejen Delakrua Sen-Morisdə, 26 aprel 1798-ci ildə anadan olmuşdur.
Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şaiyələrə görə o, 1814–1815-ci illərdə Vyana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur.
Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır: "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki,özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".
Böyük Lüdoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərmiş, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılmışdır. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyatmışdır. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayət edirdi.
Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedir. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özü düşünməsinə vader edir. O, Pyer Narsis Gerenin (1774–1833) emalatxanasında işləməyə başlayır. 1816-cı ildə Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olur və burada rəssamlığın sirlərinə, çəkmə texnikasına yiyələnir. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olur.
Delakruanın ilk əsəri "Dante qayığı" (1822) olmuşdur. Həmin dövrdə əsər bir o qədər də əhəmiyyət kəsb etməmişdir. Ona ilk uğuru 1824-cü ildə Yunanıstanın müstəqilliyi uğrunda gedən müharibəyə çəkmiş olduğu "Xios qətliamı" gətirmiş olur. Bodler bu əsəri tale və əzabın tükürpədici himni adlandırmışdır. Ejenin sonrakı əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə haray salır, hədələyir və Allahın adından danışır. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında "Azadlığa aparan xalq" əsərini yaratmışdır. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirmişdir. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdır: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır.
Rəssam öz sənətinə böyük ruh yüksəkliyi ilə yanaşırdı. "Mənim ürəyim, – o, yazırdı – hər dəfə mən nəhəng divarla üz-üzə qalarkən, mənim fırçamın ona toxunacağını gözləyərkən ürəyim sürətlə döyünməyə başlayır". 1863-cü ildə rəssam boğaz xəstəliyindən əziyyət çəkərək vəfat edir.