Oqtay Sinanoğlu

Vikipediya, azad ensiklopediya
Addbot (müzakirə | töhfələr) (Bot: Migrating 4 interwiki links, now provided by Wikidata on d:q3064310 (translate me)) tərəfindən edilmiş 12:19, 14 aprel 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Müasir dövrün böyük türk müt­ə­fək­­­kiri və alimi Oqtay Sinanoğlu (25 fev­ral 1935-ci il) 1956-cı ildə Kali­for­ni­ya Uni­ver­si­te­ti­ni (Berkli) kimya mühəndisi ixti­sası üz­rə ən yüksək göstərici­lər­lə ba­şa vurur. 1957-ci ildə 8 ay müd­də­tinə Mas­saçuset Texnologiya İns­titutunda təh­silini ən yük­­­­sək qiy­mət­lərlə başa vur­duq­dan son­ra 2 il ərzində Kaliforniya Uni­­­­ver­site­tin­də doktorluq işini tamamla­yır. 1960-cı il­­dən Yel (Yale) Universitetinde associate pro­fes­sor kimi fəa­liy­yət göstərməyə baş­layır. 1961-ci ildə o, “Alfred P.Sloan” mü­kafatına, 1963-cü ildə 28 ya­şın­da professor adına layiq görülür və XX əsr­də Yel Uni­ver­si­te­tinin ən gənc full professoru olur, Molekulyar biologiya ka­fedrasına ömür­lük rəhbərlik et­mək hüququ qazanır. 1973-cü ildə o, elm sa­həsində nü­fuz­lu mükafatlardan bi­ri sayılan Humbold adına mükafatın ilk laureatı o­l­muş­dur.

1993-cü ildən Oqtay Sinanoğlu Türkiyəyə köçmüş və öz fəaliyyətini Yıldız Teknik Uni­ver­sitetində davam etdirir.

Mənbə