Oqtay Sinanoğlu

Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935[1], Bari19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı[2]

Oqtay Sinanoğlu
türk. Oktay Sinanoğlu
Doğum tarixi 25 fevral 1935(1935-02-25)[1]
Doğum yeri
Vəfat tarixi 19 aprel 2015(2015-04-19) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi fiziki kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır.[3] 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır.

1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır[4]. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "Atom və molekulların çox-elektron teoremi" (1961), "Şəbəkə nəzəriyyəsi" (1964), "Kimyəvi reaksiyaların mexanizm qanunu" (1974), "Mikrotermodinamika" (1981) kimi işlərini həyata keçirir. Yel Universitetində 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq Türkiyəyə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" . Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.

Akademik əsərləri:

  • Modern Quantum Chemistry : Istanbul Lectures (Academic Press,1965)
  • Sigma Molecular Orbital Theory (Yale Press,1970)
  • Three Approaches to Electron Correlation in Atoms and Molecules (Yale Press,1971)
  • New Directions in Atomic Physics (Yale Press,1971)

Kitabları:

  • Fiziki-kimya terminləri lüğəti (1978)
  • Prof. Sinanoğlu və Türkcə (1997)
  • Bir Nyu-York xəyalı: Bye Bye Türkcə/ Türkcə gedərsə Türkiyə gedər (2011)
  • Hədəf Türkiyə
  • Yeni Elmin üfüqləri 1–2-3
  • Açıqlamalı fiziki-kimya və riyazi terminlər lüğəti (2000)

1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan Humboldt adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır:

  • 1966 — TÜBİTAK Elmi Mükafatı[5]
  • 1973 — Almaniya A. von Humboldt mükafatı
  • 1973 — Meksika Elena Moşinski Elmi Mükafatı
  • 1975 — Yaponiya Beynəlxalq Elm xadimləri mükafatı
  • 1992 — Mədəniyyət Nazirliyi Məlumat Çağı mükafatı
  • 1995 — İLESAM Üstün xidmət mükafatı
  • 1995 — TYB İlin Fikir adamı mükafatı
  • 2002 — TÜRSAV Türk Dünyasına Xidmət Mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist. Yel Universiteti, 2015.
  2. "Prof.Dr Oktay Sinanoğlu" (PDF). 2019-04-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. "Türk Einstein'ı yoğun bakımda! Prof. Dr. Oktay Sinanoğlu kimdir?". Hürriyet (Turkish). 2015-04-10. 2015-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
  4. "In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist". Yale News. 2015-04-20. 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
  5. "Geçmiş Yıllarda Bilim Ödülü Alanlar" (Turkish). TÜBİTAK. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.