Çəhrayı qağayı

Vikipediya saytından
Könül Zeynallı (müzakirə | töhfələr) (Yeni səhifə: Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - bö...) tərəfindən edilmiş 06:47, 30 aprel 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şirim yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi SibirQrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.