Qüdrət Minhacoğlu

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:17, 13 oktyabr 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç


Qüdrət Minhac oğlu Hüseynov (Qüdrət Minhacoğlu) — Dağıstan Beynəlxalq Yazıçılar İttifaqının və Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin (RAFMMM) üzvü, “Qızıl Qələm” və “Əsrin ziyalısı - İlin alimi” mükafatları laureatı

Həyatı

26 fevral 1958-ci ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Müəllimdir, Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində işləmiş, eyni zamanda Quba Rayon Gənc Texniklər Stansiyasında da fəaliyyət göstərmişdir.

Litvanın Dukştas şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.

“İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, Lətifələr I”, “Lətifələr II”, “Nakam ömür” kitabları işıq üzü görüb. Əsərləri dövri mətbuatda çap olunur. Əsərləri dövri mətbuatda çap olunur.

Dağıstan Beynəlxalq Yazıçılar İttifaqının və Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin (RAFMMM) üzvü, “Qızıl Qələm” və “Əsrin ziyalısı - İlin alimi” mükafatları laureatıdır.

Ailəlidir. 3 oğlu, bir qızı var.

Kitabları

  • “İmana çağırış”,
  • “Həyat etüdləri”,
  • “Hikmət çələngləri”,
  • "Lətifələr I”,
  • “Lətifələr II”,
  • “Nakam ömür”

İstinadlar