Qüdrət Minhacoğlu

Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü

Qüdrət Minhacoğlu
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub.

Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib.

Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur.

O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir. Dəfələrlə şeir müsabiqələrinin, festivalların iştirakçısı və qalibi olub. Yazdığı şeirlərə mahnılar bəstələnib. “Qızıl qələm”, “Əsrin ziyalısı – İlin alimi”, “Elin nüfuzlu ziyalısı”, “Azərbaycan bayrağı” və “Heydər Əliyev” mükafatları laureatıdır.

Ailəlidir, 4 övladı və 6 nəvəsi var.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Ürəkdən gələn sözlər"
  • "Sizə sözüm var"
  • "Yeni şeirlər"
  • "Son şeirlər"
  • "Quran Yaradanın möcüzəsidir"
  • “İmana çağırış”,
  • “Həyat etüdləri”
  • “Hikmət çələngləri”
  • "Nakam ömür"
  • "Lətifələr I”
  • “Lətifələr II”
  • "Lətifələr III"
  • "Könül nəğmələri"
  • "Bir də görüşək"
  • "Seçilmiş əsərləri - I cild"
  • "Balalara hədiyyə"

İstinadlar[redaktə | mənbəni redaktə et]