Göyün yeddinci qatında (film, 2010)

Vikipediya saytından
Afag Azizova (müzakirə | töhfələr) (Yeni səhifə: 450px|thumbnail|right '''Göyün yeddinci qatında''' ({{lang-es| Tres metros sobre el cielo}}) - filmi rejissoru Fernando Qonzales Molin...) tərəfindən edilmiş 14:29, 15 oktyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Fayl:Tres metros sobre el cielo.jpg

Göyün yeddinci qatında (isp. Tres metros sobre el cielo) - filmi rejissoru Fernando Qonzales Molina olan ispan filmidir.Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir.İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur.

Film haqqında

“Göyün yeddinci qatında” filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir.Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar.O, öz rəfiqəsi Katina (Marina Salas ) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və mariya Valverdenin ətrafında cərəyan edir.

Göyün yeddinci qatında
isp. Tres metros sobre el cielo
Janr dram filmi[1], romantik film
Baş rollarda
Distribütor Warner Bros.
İlk baxış tarixi 2010
Müddət 119 dəq.
Gəlir 9.881.471 €
Ölkə
Dil ispan dili
Rəng rəngli
IMDb ID1648216

Rejissor

Fernando Qonzales Molina

Aktyorlar

Mario Casas: Açe/ Hugo Olivera

Alvaro Servantes: Pollo

Mariya Valverde: Babi Alkazar

Marina Salas: Katina

Andreya Duro: Mara

Luis Fernandez "Perla": Çino

Nerea Kamaço: Daniela Alcazar

Diego Martin: Aleks

Pablo Rivero : Qustavo

Kristina Plazas: Rafaela(Babinin anası)

Xordi Boş: Claudio(Babinin atası)

Karme Elias: Açenin anası

Joan Crosas: Açenin atası

Viktor Sevilya: El Ventura

Daniel Casadelya: El Palote

Danni Errera: El Travolta

Çəkilişi

Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən “Malaqa Festivalı”nda təqdim olunmuşdur.

Gəlir

Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur. Səhnəyə qoyulduğunun III həftəsində İspaniyada 2010-cu ilin ən çox gəlir əldə edən filminə çevrilmiş, Los ojos de Julia(Xuliyanın gözləri) və Que se mueran los feos ( Çirkinlər ölsünlər ) adlı filmləri üstələyərək milyonlarla tamaşaçı qazanmışdır. 3MSC kimi də tanınan bu film 2010-cu ili 1.331.895 izləyici, 8.464.994,39 € gəlirlə başa vurmuşdur. 2011-ci il ərzində (30 iyuna qədər) əvvəl hesablandığından əlavə 10 milyon evro gəlir əldə etmişdir.

Filmin davamı

Kino sənətində böyük uğur qazandığına görə onun istehsal şirkəti Antena 3 Films Federico Moccianın eyni adlı əsərinə filmin ikinci hissəsini çəkmişdir ki, o da belə adlanır: Teengo ganas de ti (Səni istəyirəm). Baş rolları yenə də Mario Casas və Mariya Valverdenin ifa etdiyi bu filme rejissorluğu yene de Fernando Qonzales Molina etmişdir. Filmin premyerası 22 iyun 2012-ci ildə keçirilmişdir.

Mükafatlar və nominasiyalar

  • Grammy

Il: 2010 Mükafat: Ən uyğun ssenari Verilən şəxs: Ramon Salazar (təqdim olunub)

  • Premios Fotogramas de Plata (Gümüş çərçivə mükafatı)

Il: 2010

Mükafat: Ən yaxşı film aktyoru

Verilən şəxs: Mario Casas (təqdim olunub)

  • Premios Capital (Capital mukafatı)

Il: 2011

Mükafat: Ən yaxşı aktyor/ aktrisa (seçilib)

Verilən şəxs: Xuan Fran Martin / Andreya Duro

  • Semana del Cine de Melilla ( Meliyada Kino Həftəsi)

Il: 2011

Mükafat: Premio del Público a la Mejor película española (Ən yaxşı ispan filminə tamaşaçı mükafatı)

  1. http://www.imdb.com/title/tt1648216/.
  2. 1 2 3 4 http://www.imdb.com/title/tt1648216/fullcredits.
  3. 1 2 3 4 http://interfilmes.com/filme_v1_27565_Paixao.Sem.Limites.html.