Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur.
Göyün üçüncü qatında | |
---|---|
Tres metros sobre el cielo | |
Janr | Dram, Romantik |
Rejissor | Fernando Qonzales Molina (Fernando González Molina) |
Prodüserlər |
Francisco Ramos, Mersedes Qamero, Daniel Ecija Alex Pina |
Əsərin müəllifi | Federiko Moccia |
Ssenari müəllifi | Ramon Salazar |
Baş rolda |
Mario Casas Alvaro Servantes Marina Salas Mariya Valverde Andrea Duro Nerea Kamaço Luis Fernandez Dieqo Martin |
Bəstəkar | Manel Santiesteban |
Rəssam | Patrik Salvador |
İstehsalçılar | Zeta Audiovisual, Antena 3 Films y Cangrejo Films |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 323.515 |
Müddət | 119 dəqiqə |
Büdcə | 9.881.471 € |
Gəlir | 9.881.471 € |
Ölkə | İspaniya |
Dil | ispan |
İl | 2010 |
Bölüm sayı | 2 |
Sonrakı film | Səni istəyirəm -2012 (Tengo ganas de ti-2012) |
Rəng | rəngli |
IMDb | ID1648216 |
"Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və Mariya Valverdenin ətrafında cərəyan edir.
Fernando Qonzales Molina
Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən "Malaqa Festivalı"nda təqdim olunmuşdur.
Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur. Səhnəyə qoyulduğunun III həftəsində İspaniyada 2010-cu ilin ən çox gəlir əldə edən filminə çevrilmiş, Los ojos de Julia(Xuliyanın gözləri) və Que se mueran los feos (Çirkinlər ölsünlər) adlı filmləri üstələyərək milyonlarla tamaşaçı qazanmışdır. 3MSC kimi də tanınan bu film 2010-cu ili 1.331.895 izləyici, 8.464.994,39 € gəlirlə başa vurmuşdur. 2011-ci il ərzində (30 iyuna qədər) əvvəl hesablandığından əlavə 10 milyon evro gəlir əldə etmişdir.
Kino sənətində böyük uğur qazandığına görə onun istehsal şirkəti Antena 3 Films Federico Moccianın eyni adlı əsərinə filmin ikinci hissəsini çəkmişdir ki, o da belə adlanır: Teengo ganas de ti (Səni istəyirəm). Baş rolları yenə də Mario Casas və Mariya Valverdenin ifa etdiyi bu filme rejissorluğu yene de Fernando Qonzales Molina etmişdir. Filmin premyerası 22 iyun 2012-ci ildə keçirilmişdir.
İl | Kateqoriya | Verilən şəxs | Nəticə |
---|---|---|---|
2010 | Ən uyğun ssenari | Ramon Salazar | Təqdim olunub |
İl | Kateqoriya | Verilən şəxs | Nəticə |
---|---|---|---|
2010 | Ən yaxşı film aktyoru | Mario Casas | Təqdim olunub |
İl | Kateqoriya | Verilən şəxs | Nəticə |
---|---|---|---|
2011 | Ən yaxşı aktyor | Juan Fran Martín | seçilib |
Ən yaxşı aktrisa | Andrea Duro | seçilib |
İl | Kateqoriya | Nəticə |
---|---|---|
2011 | Ən yaxşı ispan filminə tamaşaçı mükafatı | Seçilib |