Çökdürmə

Vikipediya saytından
Eminn (müzakirə | töhfələr) (Yeni səhifə: '''Çökdürmə''' üsulu — maddə yüksək temperatura çox həssas olduqda, kristallaşdırma mümkün olmadıqda və ya o, pis kristallaşdıqda həlledicilərlə tətbiq edil...) tərəfindən edilmiş 19:18, 23 oktyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Çökdürmə üsulu — maddə yüksək temperatura çox həssas olduqda, kristallaşdırma mümkün olmadıqda və ya o, pis kristallaşdıqda həlledicilərlə tətbiq edilən üsul. Məhluldan maddəni üç müxtəlif üsulla çökdürmək olar:

  1. Sıxışdırıb çıxarma ilə,
  2. Hidrogen göstəricisini (hidrogen ionlarının qatılığını) dəyişməklə;
  3. Həll olmayanbirləşmə əmələ gətirməklə.[1]

Çökdürmə prosesi

Əgər ayrı-ayrılıqda eyni bir həlledicidə iki maddə həll edilirsə onlar bir-birində həll olmursa, onda onlardan daha yaxşı həll olanı müvafiq qatılıqda pis həllolan maddəni sıxışdırıb çıxaracaqdır. Bu prinsipə iki sıxışdırıb çıxarma metodu əsaslanır

  1. qeyri-üzvi və üzvi duzların suda məhlulu ilə duzlaşdırma;
  2. bir-birində qarşılıqlı qarışan iki və daha çox həlledici qarışığından istifadə etməklə çökdürmə.

Qeyri-üzvi və üzvi duzlardan ya toz şəklində istifadə edilir, ya da onların məhlulu çökdürüləcək maddənin məhluluna əlavə olunur. Bu metodun köməyi ilə suda məhluldan su ilə məhdud miqdarda qarışan həllediciləri (spirtləri, efirləri və s.), üzvi turşuları, amin turşuları, peptidləri ayırırlar. Çökdürücünün təbiətini və miqdarını dəyişməklə məhluldan maddələri seçməklə çökdürmək mümkündür, bu şərtlə ki, həlledicililər qarışığında daha çox həll olan saxlanılsın.


İstinadlar

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 82