Efir

Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var:

  1. Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.
  2. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza.
  3. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
  4. Kimyada: Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir)