Turan pələngi

Vikipediya saytından
Vüqar Xəzaralı (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:43, 1 dekabr 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Bu məqalə Xəzər pələngi məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Turan pələngi (yaxud qaplan; Pantera tiqris virqata Illiger) — Qırmızı kitaba məhv olma təhlükəsi altında olan heyvan kimi daxil edilib. Ola bilsin ki tamamilə məhv olublar. Zahiri görünüşü pələngin görünüşünə bax. Kiçik və orta ölçüləri səciyyəvidir. Erkəklərin uzunluğu 224 sm. Quyruğunun uzunluğu 100 sm.qədər. Rəngi açıqdır çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var. Zolaqlar qəhvəyi rəngə çalır. Əvvəllər Azərbaycanın qərbinə və cənubuna, şimalda İrtışa, şərqdə isə Əfqanıstana qədər yayılmışdılar. Bütün Xəzər sahəsində yayılmışdılar. 40-cı illərdə areal Transqafqaza qədər, Aral dənizi, Əfqanıstan və Balxaş gölünə qədər kiçildi. 30-cu illərdə Turan pələngini Azərbaycanda Talış dağlarında, Cənubi Türkmənistanda görmüşdülər. İranda o ən çox Mazandaranda, Gilan-Qorqanda yaşayır. Əsasən çayların sahilindəki tuqay meşələrində məskunlaşırlar. Azərbaycanda, Türküstanda əsasən qaban, maral, sayqak, ceyran bəzən ev heyvanlarını ovlayırlar. Bəzən çəyirtkə, xırda məməlilərlə qidalanırlar. 1950-ci ildə ümumi sayı 50-80 idi. İranda qanunla qorunurlar.

Mənbə

В. Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Издательство "Высшая школа" Москва 1986 səh. 348