Azad Qaradərəli
Azad Qaradərəli | |
---|---|
Doğum tarixi | 5 mart 1954 (70 yaş) |
Doğum yeri | |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | hekayə, roman, esse |
Azad Qaradərəli — yazıçı, publisist, Yazı dərgisinin baş redaktoru.
Həyatı
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub.
APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib.
1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır.
1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib.
İlk nəsr kitabı 1987-ci ildə çap olunub.
2011-ci ildə nəşrə başlayan “Yazı” ədəbiyyat dərgisinin baş redaktorudur.
Nəsr kitabları
- 1. ”Dumduru su” hekayələr 1987
- 2. ”Ulartı” hekayələr, radiopyeslər 1999
- 3. ”Dəhrə” hekayələr, nağıllar (uşaqlar üçün) 2004
- 4. “Qar ağlığı” hekayələr 2008
- 5. “Burda yer fırlanmırdı” hekayələr, roman 2011
Elmi-publisistik kitabları
- 1. ”Aşiqlər” 1998
- 2. Əbədi işıq 2004
- 3. Yol – Mincivandan Amerikaya 2007
- 4. Aşiqlər (təkmilləşdirilmiş yeni nəşr) 2008
- 5. ”Zəngəzur qazisi Bəhlul Behcət” 2009
- 6. “Yaxın-uzaq dostlara məktublar” 2010
Filmoqrafiya
- “Aşiqlər” kitabı əsasında çəkilmiş sənədli filmin ssenari müəllifi (C.Yusifzadə ilə birgə)