Adi daşsarmaşığı

Vikipediya, azad ensiklopediya
Tofiq Məmmədov (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:29, 14 fevral 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Adi daşsarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı


Adi daşsarmaşığı (lat. Hedera helix)[2] - araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.[3]

Adi daşsarmaşığı düzən və dağətəyi zonlardakı enliyarpaq meşələrdə, daha çox palıd və nadir hallarda fıstıq meşələrində bitir. Cənubi Avropa və Cənub-şərqi Asiyada yayılmışdır.

Ümumi yayılması: Rusiya (Dagıstan) və şimali İranda tebii arealı vardır.

Azərbaycanda yayılması: Zaqatala, Şəki, Qax, Quba-Xaçmaz, Qusar, Lənkaran, Astara rayonları ərazilərində yayılmışdır.

Statusu: Azərbaycanda nadir, relikt bitkisidir. CR Alabc; Blb (i,iv).

Bitdiyi yer: Əsasən kölgəli meşələrdə yayılmışdır.

Təbii ehtiyatı: Təbii ehtiyatı Azərbaycanda çox geniş deyildir.

Bioloji xüsusiyyətləri: Təbiətdə 10 m-ə qədər hündürlükdə həmişəyaşıl, sarmaşan və ya dırmaşan xüsisiyyətə malik, gövdəsi odunlaşmış bitkidir. Bitkinin meyvə vermeyən zoğları nazik, meyvə verənlər isə yoğun olur. Yarpaqları 15-20 sm uzunluqdadır. Yarpaqları bəsit və bəzən dilimlərə bölunmüşdür.

Mənbə

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Şablon:Link GA Şablon:Link FM Şablon:Link FMTofiq Məmmədov (botanik) Botanika və Ekologiya elmləri üzrə beynəlxalq fəlsəfə elmlər doktoru