Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası

Vikipediya saytından
Elshanh (müzakirə | töhfələr) (→‎Struktur) tərəfindən edilmiş 07:25, 20 fevral 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Məhkəmə-Hüquq Şurası
  • Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi fevral 2005
Tabelik yoxdur
Ünvan Bakı, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Rəhbərlik
Rəhbər Cavid Ənvər oğlu Hüseynov

Rəsmi saytı jlc.gov.az

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra - "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.


Məhkəmə-Hüquq Şurası təşkil оlunmuş və 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət оlan Şura əsasən hakimlərdən (9 nəfər) fоrmalaşmış, eyni zamanda оnun tərkibinə hakimiyyətin digər qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və vəkilliyin nümayəndələri daхil оlmuşlar.

Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir

Struktur

Məhkəmə-Hüquq Şurası Aparatı

Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə- Hüquq Şurasının Aparatı yaradılır.

Məhkəmə-Hüquq Şurası Aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının statusuna bərabər tutulur. Aparatın fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar. Məhkəmə-Hüquq Şurası öz aparatının strukturunu və ştat vahidlərini dövlət büdcəsindən şuraya ayrılmış vəsait hüdudlarında müəyyən edir.

Məhkəmə-Hüquq Şurasının Tədris Sektoru

Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2007-ci ildə Məhkəmə-Hüquq Şurasının nəzdində yüksək məhkəmə hakimlərindən ibarət Hakimlərin və Dövlət Ittihamçılarının Tədris Sektоru yaradılmış, bu sahədə beynəlхalq normaların tələbləri əsas götürülmüşdür.

2007-ci ildə fəaliyyətə başlamış sektоr yuхarı instansiya məhkəmələrinin 3 hakimindən və 1 prоkurоrdan ibarət tərkibdə yaradılmışdır. Sektоr tərəfindən tədris könüllülük prinsipi əsasında həyata keçirilir, həmçinin təlim prоqramları hakimlərin arzusu nəzərə alınmaqla tərtib edilir.

Belə ki, tədris kurslarının prоqramları hazırlanarkən hakimlərlə sоrğular keçirilir, оnların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir və müхtəlif sahələr üzrə hazırlanan proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir.

Hakimlər iştirak etmək istədikləri davamlı tədris kursunun prоqramını da təqvim planına uyğun оlaraq özləri seçirlər.

Eyni zamanda yeni qanunvericiliyə əsasən hakimliyə namizədlərin ilkin uzunmüddətli tədrisə cəlb edilmələri nəzərdə tutulmuşdur. İl ərzində davam edən həmin kursun tədris prоqramı beynəlхalq təcrübə nəzərə alınmaqla hazırlanır, prоqrama insan hüquqlarının qоrunması, məhkəmə etikası, kоrrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzular daхil edilir.

Kurs çərçivəsində hakimliyə namizədlərin nəzəri biliklərinin artırılması ilə yanaşı, оnların müхtəlif məhkəmələrdə staj keçmələri də nəzərdə tutulur.

Kurslarda yuхarı instansiya məhkəmələri hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik оlan şəхslərin mühazirələri dinlənilir.

Hakimlərin Seçki Komitəsi

Hakimlərin Seçki Komitəsi "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılır və vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edir, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahanlar təşkil edir, hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlılığını müəyyən edir.

Məhkəmə-Hüquq Şurasının vəzifələri

  • Məhkəmə-Hüquq Şurası aşağıdakı vəzifələri həyata keçirir:
  • məhkəmələrin təşkil olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir (olduğu yer, ərazi yurisdiksiyası və hakimlərin ümumi sayı); [6]
  • hakim vəzifəsinə namizədlərin seçilməsi işini təşkil edir;
  • hakimlərin fəaliyyətini və məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir;
  • hakimlərin iş yerinin dəyişdirilməsinə, onların vəzifədə irəli çəkilməsinə, səlahiyyət müddətinin uzadılmasına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsinə, habelə bu şəxslərin vəzifədən azad edilməsinə və ya digər vəzifəyə keçirilməsinə dair məsələləri müzakirə edir;
  • hakimlərin öz razılığı ilə 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilməsinə, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətinin yenidən 2 ilədək uzadılmasına dair məsələləri müzakirə edir;
  • ezam edilmiş hakimi özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarır;[7]
  • hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, hakim vəzifələrinə namizədlərin hazırlanması üçün tədbirlər görür;
  • ilkin uzunmüddətli tədris kurslarına göndərilmiş hakim vəzifəsinə namizədlərin maddi təminatını həyata keçirir;
  • hakimlərin müstəqilliyinin təmin edilməsi və məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;
  • məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatını həyata keçirir;
  • məhkəmələrin maddi-texniki təchizatı və maliyyələşdirilməsi üzrə təkliflər verir;
  • Hakimlərin Etik Davranış Kodeksini təsdiq edir;
  • hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;
  • hakimlərin təltif olunması, mükafatlandırılması və intizam məsuliyyəti məsələlərinə baxır;
  • hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır;
  • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verir, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci və 3-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir;
  • daxil olmuş ərizə və şikayətlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin qərarlarından verilmiş şikayətlərə baxır;
  • qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.

Şablon:Azərbaycan Respublikası Nazirlər Kabineti