Regional Su Meliorasiya Xidməti

Vikipediya saytından
Elshanh (müzakirə | töhfələr) tərəfindən edilmiş 04:44, 24 fevral 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
  • Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 2006
Əvvəlki qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ünvan Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 40, Hökumət evi., AZ1000 Azərbaycan
Rəhbərlik
Rəhbər Əhməd Əhmədzadə

Rəsmi saytı mst.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.

O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında» 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, «Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti («Azmelsutəsərrüfat» ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — “Azmelsutəsərrüfat” ASC) “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.

Fəaliyyəti

Azmelsutəsərrüfat” ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

Azmelsutəsərrüfat” ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Azmelsutəsərrüfat” ASC üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Azmelsutəsərrüfat” ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsi ilə həyata keçirir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 4 nəfərdən — sədr, onun birinci müavini və 2 müavindən ibarətdir. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Cəmiyyətin sədri aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Rəhbərlik

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı "ASC"-nin hal-hazırda rəhbəri Əhməd Əhmədzadədir. Sədrin birinci müavini Məmmədsadıq Quliyev, digər müavinləri Rafiq AslanovZakir Quliyevdir.

Struktur

  • Cəmiyyətin aparatı
  • Viləşçay su anbarı istismarı idarəsi
  • Əyriçay su anbarı istismarı idarəsi
  • Ağstafaçay hidroqovşağı istismarı idarəsi
  • Bəhrəmtəpə hidroqovşağı istismarı idarəsi
  • Mil-Muğan hidroqovşağı istismarı idarəsi
  • Tərtərçay hidroqovşağı istismarı idarəsi
  • Yuxarı Xanbulançay hidroqovşağı istismarı idarəsi
  • Yuxarı Qarabağ kanalı istismarı idarəsi
  • Yuxarı Şirvan kanalı istismarı idarəsi
  • Samur-Abşeron kanalı istismarı idarəsi
  • Əzizbəyov adına kanalı istismarı idarəsi
  • Şəmkir Maşın kanalı istismarı idarəsi
  • Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi
  • Baş Şirvan kollektorunun istismarı idarəsi
  • Aşağı Muğan meliorativ sistemlərinin istismarı idarəsi
  • Baş Mil-Muğan kollektoru istismarı idarəsi
  • Mərkəzi-Muğan kollektoru istismarı idarəsi
  • Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi
  • Sabirabad meliorasiya idarəsi
  • Ucar meliorasiya idarəsi
  • Ağcabədi meliorasiya idarəsi
  • Şirvan meşə meliorasiya idarəsi
  • Mil-Muğan meşə meliorasiya idarəsi
  • Qarabağ meşə meliorasiya idarəsi
  • Ağdam suvarma sistemləri idarəsi
  • Ağdaş suvarma sistemləri idarəsi
  • Ağcabədi suvarma sistemləri idarəsi
  • Ağstafa suvarma sistemləri idarəsi
  • Ağsu suvarma sistemləri idarəsi
  • Astara suvarma sistemləri idarəsi
  • Bərdə suvarma sistemləri idarəsi
  • Beyləqan suvarma sistemləri idarəsi
  • Balakən suvarma sistemləri idarəsi
  • Qax suvarma sistemləri idarəsi
  • Qəbələ suvarma sistemləri idarəsi
  • Quba suvarma sistemləri idarəsi
  • Qusar suvarma sistemləri idarəsi
  • Qazax suvarma sistemləri idarəsi
  • Qubadlı suvarma sistemləri idarəsi
  • Şabran suvarma sistemləri idarəsi
  • Zaqatala suvarma sistemləri idarəsi
  • Zəngilan suvarma sistemləri idarəsi
  • İmişli suvarma sistemləri idarəsi
  • İsmayıllı suvarma sistemləri idarəsi
  • Yevlax suvarma sistemləri idarəsi
  • Kəlbəcər suvarma sistemləri idarəsi
  • Kürdəmir suvarma sistemləri idarəsi
  • Goranboy suvarma sistemləri idarəsi
  • Göyçay suvarma sistemləri idarəsi
  • Oğuz suvarma sistemləri idarəsi
  • Saatlı suvarma sistemləri idarəsi
  • Sabirabad suvarma sistemləri idarəsi
  • Samux suvarma sistemləri idarəsi
  • Siyəzən suvarma sistemləri idarəsi
  • Tərtər suvarma sistemləri idarəsi
  • Tovuz suvarma sistemləri idarəsi
  • Ucar suvarma sistemləri idarəsi
  • Füzuli suvarma sistemləri idarəsi
  • Göygöl suvarma sistemləri idarəsi
  • Xaçmaz suvarma sistemləri idarəsi
  • Xızı suvarma sistemləri idarəsi
  • Cəbrayıl suvarma sistemləri idarəsi
  • Şəmkir suvarma sistemləri idarəsi
  • Şəki suvarma sistemləri idarəsi
  • Şamaxı suvarma sistemləri idarəsi
  • Masallı suvarma sistemləri idarəsi
  • Cəlilabad suvarma sistemləri idarəsi
  • Abşeron suvarma sistemləri idarəsi
  • Hacıqabul suvarma sistemləri idarəsi
  • Biləsuvar suvarma sistemləri idarəsi
  • Laçın suvarma sistemləri idarəsi
  • Zərdab suvarma sistemləri idarəsi
  • Neftçala suvarma sistemləri idarəsi
  • Salyan suvarma sistemləri idarəsi
  • Mollakənd mexaniki suvarma idarəsi
  • Pirəzə mexaniki suvarma idarəsi
  • Sabirabad mexaniki suvarma idarəsi
  • Ağcabədi subartezian quyularının istismarı idarəsi
  • Ağdam subartezian quyularının istismarı idarəsi
  • Beyləqan subartezian quyularının istismarı idarəsi
  • Bərdə subartezian quyularının istismarı idarəsi
  • Goranboy subartezian quyularının istismarı idarəsi
  • Tərtər subartezian quyularının istismarı idarəsi
  • Tovuz subartezian quyularının istismarı idarəsi
  • Şəmkir subartezian quyularının istismarı idarəsi
  • Şəki subartezian quyularının istismarı idarəsi
  • Qobustan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Ceyrançöl qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Bozdağ qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Acı-Nohur qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Mərkəzi Muğan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Pirsaat qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Şirvan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi
  • Suların istifadəsi və mühafizəsi Dövlət nəzarəti idarəsi
  • Su təsərrüfatı və meliorasiya obyektlərinin kadastrı, reyestri və pasportlaşma idarəsi
  • Hidrogeoloji-meliorativ xidmət idarəsi
  • Texnoloji-istehsalat komplektləşdirmə İdarəsi
  • Azərbaycan Hidrotexnika və meliorasiya elm-istehsalat birliyi
      • Muğan meliorativ təcrübə stansiyası
      • Abşeron suvarmanın mexanikləşdirilməsi təcrübə stansiyası
      • Şirvan meliorativ təcrübə stansiyası
  • Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutu
  • Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu “Azdövsutəslayihə”
  • Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
  • Azərbaycanda suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu
  • Daşqın zərərlərinin aradan qaldırılması layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu
  • “Samur — Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu
  • Şirvan mexaniki təmir-istehsalat birliyi
      • Üzən nasos stansiyaların hazırlanması və təmir zavodu
  • H. Hacıyev adına mexaniki-təmir zavodu
  • Bəhrəmtəpə dəmir-beton zavodu
  • Sumqayıt sənaye kombinatı
  • Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi
  • Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi
  • Ağdam melioservis idarəsi
  • Ağdaş melioservis idarəsi
  • Ağcabədi melioservis idarəsi
  • Bərdə melioservis idarəsi
  • Beyləqan melioservis idarəsi
  • Biləsuvar melioservis idarəsi
  • Qazax melioservis idarəsi
  • Zaqatala melioservis idarəsi
  • Zərdab melioservis idarəsi
  • İmişli melioservis idarəsi
  • Yevlax melioservis idarəsi
  • Kürdəmir melioservis idarəsi
  • Göyçay melioservis idarəsi
  • Lənkəran melioservis idarəsi
  • Masallı melioservis idarəsi
  • Neftçala melioservis idarəsi
  • Saatlı melioservis idarəsi
  • Sabirabad melioservis idarəsi
  • Salyan melioservis idarəsi
  • Sumqayıt melioservis idarəsi
  • Ucar melioservis idarəsi
  • Cəlilabad melioservis idarəsi
  • Füzuli melioservis idarəsi
  • Xaçmaz melioservis idarəsi
  • Şəki melioservis idarəsi

İstinadlar

http://www.mst.gov.az