Rafiq Aslanov

Rafiq AslanovAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən)

Rafiq Aslanov
Aslanov Rafiq Sabir oğlu
Vəzifədədir
2006-cı ildən
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Füzuli, Azərbaycan SSR

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2008
3-cü dərəcəli "Əmək" ordeni — 2018"Şöhrət" ordeni — 2024

1962-ci ildə Füzuli rayonunda anadan olub.

1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

19841993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.

1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə

  • 2008-cı ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.[1]
  • 2018-ci ildə «III dərəcəli Əmək ordeni» ilə təltif edilib.[2]
  • 2024-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.[3]
  1. Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2008-cu il tarixli 2853 saylı Sərəncamı[ölü keçid]
  2. "Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  3. "Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.