Glock 17

Vikipediya, azad ensiklopediya
Elvinni (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:40, 11 mart 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Glock 17
Glock 17Tapança
Tipi özüdolan tapança
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1982 – indiyədək
İstismara başlanması 1980
İstismar edənlər Avstriya, Almaniya, İsveçrə, Norveç, Hollandiya, Nyu-york polisi, Şimali İrlandiya polisi, Tazmaniya polisi.
İstehsal tarixçəsi
Konstruktor Qaston Qlok
(ing. Gaston Glock)
Konstruksiya tarixi 1982
İstehsalçı Glock GmbH
İstehsal illəri 1982 – indiyədək
Xüsusiyyətləri
Ağırlığı 0,625 Boş, 0,905 Dolu
Uzunluğu 186
Lülənin uzunluğu 114
Eni 33
Hündürlüyü 138
Kalibr 9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Glock 17 (Qlok 17) — Glock şirkəti tərəfindən avtriya ordusu üçün hazırlanmış tapançadır. Cari model həmin şirkət tərəfindən istehsal edilən ilk tapançadır. Əldə edilmiş məhsul uğurlu və rahat olduğu üçün P80 adıyla Avstriya ordusunun istifadəsinə verilmişdir. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9×19 mm Parabellum,.40 S&W, 10 mm Auto,.357 SIG,.45 ACP və.45 GAP.

Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200°C plastikdən hazırlanmışdır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş et” prinsipi ilə işləyir, ancaq atəş etmək üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və ber neçə saniyə ərzində sökülüb yığıla bilər.

Yaranma tarixi

İkinci dünya müharibəsinin bitməsindən sonra Avstriya silahlı qüvvələri Kolt M1911 və Walther P38 istifadə edirdilər. Avstriya polisi isə Mühəribədən öncə və sonra Fransanın lisenziyasına əsasən hazırlanmış Walther PP və Walther PPK istifadə edirdilər. Yaranmış problemi aradan qaldırmaq məqsədi ilə 1980ci ildə Avstriya polisi və ordusunun istifadəsi üçün yeni tapançanın hazırlanması məqsədi ilə müsabiqə keçirmək qərara alındı.

Müsabiqəçilərə tələblər aşağıda göstərilmişdir:

  • güllənin tipi: 9×19 mm Parabellum;
  • minimal tutum: 8 güllə;
  • silahın sol və sağ əllə istifadə etnə bacarığı;
  • sürətli şəkildə döyüş vəziyyətinə gətirilmə (qoruyucu fitilin olmaması);
  • xüsusi avadanlığdan istifadə etmədən söküb yığa bilmə, cəmi detalların sayının 58dən çox olmaması;
  • müvafiq dəyişikliklər olunmadan bütün hissələrin dəyişilməsi bacarığı;
  • 10 000 atışa cəmi 20 dəfə gecikmənin olması;
  • xarici faktorlar və temperaturun təsiri altında maksimal dərəcədə bütövlüyünü qorumaq;
  • istifadəçi üçün maksimal dərəcədə təhlükəsiz olması, 2 metrə yüksəklikdən yerə düşdüyü təqdirdə atış etməməli.

Konstruksiya

Tapançanın avtomatik şəkildə işləməsi

Tətik mexanizmi

Qoruyucu fitil

Nişangah qurğuları

Su altı atəş