Sofistlər məktəbi

Vikipediya saytından
Kriptex (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:06, 12 iyul 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",[1], "ustad", "rəssam", "yaradan" [2]) - E.ə.V-II əsrlərdə Afinada pul müqabilində natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan.

Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu.

İnkişaf mərhələləri və əsas nümayəndələri

Sofistəri iki qrupa bölürlər: böyüklər (Protaqor, Qorgi, Gippi, Prodik) və kiçiklər (Likofron, Alkidamant, Antifont, Frazimax). İdrak məsələləri onların diqqət mərkəzində idi. Lakin sosial-siyasi məsələlərə də az diqqət yetirmirdilər. Likofron insanlar arasında sosial fərqlərin zəruri olmasını inkar edir, sübut edirdi ki, insanlar azad doğulurlar və təbiət heç kəsi kölə kimi yaratmır.[3]

Sofistlərin tarixi xidməti ondan ibarətdir ki, onlar təbiət hadisələrinin, nisbilik haqqında təlimin rasionalist izahını inkişaf etdirmiş, kəskin sosial məsələlər qaldırmışlar. Sofistlər birinci olaraq insan problemini qaldırmışlar, lakin onların əsas xidməti Sokratın gəlişini hazırlamaları olmuşdur.[4]

Böyük sofistlər: Cərəyanın banilərindən biri Protaqor idi. Qorgi ləyaqətləri fərqləndirirdi. Gippiyə görə, Qanun dedikdə, vətəndaşların razılıqla nəyi etmək olar və nəyin qadağan olunduğunu təyin edərək yazdıqları başa düşülürdü. Antifont isə ədaləti qanuna bərabər tuturdu. Kiçik sofistlər. Alkidamant. Allah hamını azad yaradıb, təbiət heç kəsi qul etməyib. Antifont və Alkidamant imtiyazları tənqid edirdi. E.ə.IV əsrin II yarısında sofistika demokratiya tərəfdarlarının cərəyanı kimi öz təsirini itirir.

Qədim yunan sofistlərinin əsas ideyaları

Sofistlər bir sıra fəlsəfi traktatlar yaratmışlar. Skeptisizm onların dünya baxışlarının fərqləndirici cəhəti idi. Bu, skepsisin və relyativizmin ilk forması idi.[5]



İstinadlar

  1. А. Ф. Лосев.Софисты / Böyük Sovet Ensiklopediyası.
  2. Антология мировой философии : в 4 т. Т. 1, ч. 1: Философия древности и средневековья [Ред. коллегия: В. В. Соколов (ред.-составитель, автор вступ.ст.) и др.]. — Москва : Мысль, 1969. — С. 315.
  3. Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 107
  4. Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 108
  5. Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 107