Nəriman Əliyev (mikrobioloq)

Vikipediya saytından
Ideya Qazandi (müzakirə | töhfələr) (Yeni səhifə: == Həyatı == O, 1911-ci ildə Böyük Vedidə varlı-karlı bir ailədə doğulmuşdur. Atası Cəlil vaxtilə Böyük Vedinin kattası olmuşdu. O, zəmanəsinin sayılan ziyal...) tərəfindən edilmiş 07:26, 21 avqust 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Həyatı

O, 1911-ci ildə Böyük Vedidə varlı-karlı bir ailədə doğulmuşdur. Atası Cəlil vaxtilə Böyük Vedinin kattası olmuşdu. O, zəmanəsinin sayılan ziyalılarından biri idi.

Təhsili

Nəriman Əliyev ilk təhsilini Əli bəyin Böyük Vedidə təşkil etdiyi çoxsinifli məktəbdə alıb. 1929-cu ildə İrəvan şəhərindəki, Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumunu yüksək göstəricilərlə başa vurduqdan sonra Böyük Vediyə qayıdan Nəriman, vaxtilə oxuduğu məktəbdə müəllim işləyir. Elə həmin il İrəvan şəhərinə dəvət alır, Həşim bəy adına 9 sinifli türk məktəbində, eyni vaxtda Azərbaycan dilində fəaliyyət göstərən Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyatdan dərs deyir. 1930-cu ildə İrəvandan Bakı şəhərinə ezam edilir. Elə həmin il Azərbaycan Tibb İnstitutunun rektoru Nadir Məmmədlini əvəz edən istedadlı həkim Əziz Əliyev Nərimanın qabiliyyətini, elmə tükənməz həvəsini, bacarığını görüb onu institutda saxlamağı qərara alır. Mikrobiologiya kafedrasının aspirantı olan Nəriman 1935-ci ildə Moskva Elmi-Tədqiqat Mikrobiologiya İnstitutuna göndərilir. 1937-ci ildə oranı əla qiymətlərlə bitirərək yenidən Bakıya qayıdır, Tibb İnstitutunda mikrobiologiya kafedrasında assistent işləməyə başlayır.

Vətənə xidməti

1941-ci ildə Böyük Vətən müharibəsi başlayır. Mir Cəfər Bağırov Təbrizə gedir, Sovet Ordusunun orada yerləşdirilən 15-ci süvari hərbi korpusunu yoxladıqdan sonra Bakıya qayıdır. Nəriman Əliyev də daxil olmaqla, bir qrup həkimi İrana göndərir. Korpusda ona kapitan rütbəsi verilir.

1988-ci ilə qədər professor Nəriman Əliyev indiki Tibb Universitetində dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışmış, 30-a yaxın elmlər namizədi və doktor yetişdirmişdir.

Yazdığı dərsliklər

Nəriman Əliyev Azərbaycanda ilk dəfə ana dilimizdə “Tibbi mikrobiologiyanın əsasları” adlı dərslik yazmış, bakteriologiya üzrə dərslik yazmış, bakteriologiya və virusologiya üzrə dərs vəsaitləri çap etdirmiş, yeni patogen mikroblar, bioloji aktiv maddələr, eləcə də yeni-yeni metodlar işləyib hazırlamış, 51 müəlliflik şəhadətnaməsi almağa nail olmuşdur.

Təltif olunduğu orden və medallar

1981-ci ildə anadan olmasının 70 illiyi ilə əlaqədar “Əməkdar Elm Xadimi” fəxri adına, Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ına və “Səhiyyə əlaçısı” adına layiq görülən professor Nəriman Əliyev mikrobiologiya sahəsində əldə etdiyi elmi nəticələrin müvəffəqiyyətinə görə “Müharibə, əmək, partiya veteranı”, “Şöhrət”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Şərəfli əmək”, “Qafqazın müdafiəsi” medalları ilə təltif edilmişdir. Əməkdar elmi xadimi, professor Nəriman Cəlil oğlu Əliyev xidmətlərinə görə orden və medallarla təltif edilib.

Vəfatı

Böyük alim, uzun və məzmunlu ömrünü Vətəninə, xalqına həsr edən dahi şəxsiyyət Nəriman müəllim 2004-cü ilin fevral ayının 28-də 93 yaşında dünyasını dəyişdi.