Ağa İbrahim Əminüssultan

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Ağa İbrahim Zal bəy oğlu Əminüssultan''' (?-?)— Nasirəddin şahın xas xidmətçisi. == Həyatı == Ağa İbrahim Zal bəy oğlu Salmas şəhərində anadan olmu...) tərəfindən edilmiş 15:39, 16 oktyabr 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Ağa İbrahim Zal bəy oğlu Əminüssultan (?-?)— Nasirəddin şahın xas xidmətçisi.

Həyatı

Ağa İbrahim Zal bəy oğlu Salmas şəhərində anadan olmuşdu. Atası qul kimi Əmir Süleyman xan Qovanlı-Qacar tərəfindən Tiflisdən gətirilmişdi. Müsəlman olandan sonra azadlığa buraxılmışdı. Abbas mirzənin yaxınlarından olan gürcü əsilzadəsi Laçın xana yaxınlaşmışdı.

Ağa İbrahim kiçik yaşlarında pinəçi şagirdi kimi işə başlamışdı. Zirəkliyi sayəsində saraya yaxınlaşaraq abdarbaşı vəzifəsinə yiyələndi. Sonra Əminüssultan ləqəbinə layiq görüldü. İki il sonra şahın dəvə və qatır tövlələrinə başçı təyin edildi.