Ağa İbrahim Əminüssultan

Ağa İbrahim Zal bəy oğlu Əminüssultan (1 dekabr 1769, Salmas, Qərbi Azərbaycan ostanı1883, Tehran) — Nasirəddin şahın xas xidmətçisi.

Ağa İbrahim Əminüssultan
Ağa İbrahim Zalı bəy oğlu Əminüssultan
Doğum tarixi 1 dekabr 1769(1769-12-01)
Doğum yeri
Vəfat tarixi 1883
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Ağa İbrahim Zal bəy oğlu Salmas şəhərində anadan olmuşdu. Atası qul kimi Əmir Süleyman xan Qovanlı-Qacar tərəfindən Tiflisdən gətirilmişdi. Müsəlman olandan sonra azadlığa buraxılmışdı. Abbas mirzənin yaxınlarından olan gürcü əsilzadəsi Laçın xana yaxınlaşmışdı.

Ağa İbrahim kiçik yaşlarında pinəçi şagirdi kimi işə başlamışdı. Zirəkliyi sayəsində saraya yaxınlaşaraq abdarbaşı vəzifəsinə yiyələndi. Sonra Əminüssultan ləqəbinə layiq görüldü. İki il sonra şahın dəvə və qatır tövlələrinə başçı təyin edildi.

Ağa İbrahim Əminüssultan 1883-cü ildə vəfat edib.

Ağa İbrahimin Ələsgər xan, İsmayıl xan adlı oğlanları vardı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]