Kamal Muxtarlı

Vikipediya, azad ensiklopediya
Namikilisu (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:45, 25 noyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kamal Muxtarlı
Doğum tarixi 3 oktyabr 1958(1958-10-03)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2020(2020-12-27) (62 yaşında)
Təhsili
Fəaliyyəti siyasətçi
Partiyası

Muxtarlı Kamal Cəlal oğlu — 1992-1993-cü illərdə Qax rayonu icra hakimiyyətinin başçısı.

Həyatı

Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Qax konserv zavodunda fəhlə kimi başlamışdır(1975-1978).1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir.AXC Qax rayon təşkilatını sədri olmuşdur.1991-ci ildə Qax şəhər sovetinin deputatı və şəhər sovetinin sədri seçilmişdir.. 1990-cı,1995-ci və 2000-ci illərdə Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuşdur.

1992-ci ilin may ayından 1993-cü ilin noyabr ayınadək Qax rayonu icra hakimiyyətinin başçısı olmuşdur.1993-1995-ci illərdə Turan istehsal-kommersiya firmasinin direktoru işləmişdir. 1998-2000-ci illərdə Musavat partiyası üzvü kimi fəaliyyət göstərmişdir..2000-ci ildə bəyanət verərək,musavat partiyasının üzvlüyündən istefa vermişdir. 1995-ci ilin yanvar ayından bu günə kimi Qax Peşə Liseyinin direktorudur. 1999-2005-ci illərdə Qax şəhər bələdiyyəsinin üzvü olmuşdur. Ailəlidir, üç övladı və iki nəvəsi var.

Xarici keçidlər


Şablon:Qax Rayon İcra Hakimiyyətinin başçıları