Məşəl savaşı

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (Yeni səhifə: "Məşəl savaşı" - Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində 1583-cü ildə Samur çayı sahilində baş vermiş döyüş. == Haqqında == Səfəvi-Osmanlı müh...) tərəfindən edilmiş 14:51, 30 aprel 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

"Məşəl savaşı" - Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində 1583-cü ildə Samur çayı sahilində baş vermiş döyüş.

Haqqında

Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində Dağıstanda və Şirvanda türklərin güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn, Şamxal və Əbubəkr Mirzə Osman paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş hakiminə müraciət etmişdilər.