Abbas Arazlı

Vikipediya, azad ensiklopediya
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 17:35, 21 sentyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Abbas Arazlı
Doğum tarixi 24 may 1936(1936-05-24) (88 yaş)
Doğum yeri
Fəaliyyəti şair

İsmayılov Abbas Məhəmməd oğlu (Abbas Arazlı) — şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993).

Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır.

Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən). "Ayrılıq", "Cəbrayılım" şeir topluları, "Təki əsgər yaşasın", "Şəhidlik nədir?" publisistik kitabları nəşr olunmuşdur.

Mənbə

  • XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı,2011