Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3][4]
Maşanlı | |
---|---|
39°12′56″ şm. e. 47°02′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 270 m |
Saat qurşağı | |
Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır.[5]
Kənd Arazın sahilində yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |