Kəskin pankreatit

Vikipediya saytından
Nevroloq (müzakirə | töhfələr) (→‎Klinik Təsnifat) tərəfindən edilmiş 07:53, 25 sentyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Kəskin pankreatit- mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.

Epidemiologiya

Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5-80 arasında dəyişir.

Risk faktorları

KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri

Klinik Təsnifat

KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil (B). Mülayim gedişli (yüngül - ödemli) pankreatit 3-5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir. Letallıq göstəricisi 1%-dən də azdır və bu xəstələrdə adətən intensiv terapiyaya ehtiyac olsa da, pankreas cərrahiyyəsinə gərək qalmır. Ağır gedişli destruktiv pankreatitlər isə 10-20% hallarda meydana çıxır və pankreasın və onu əhatə edən toxumaların bir hissəsinin nekrozlaşması ilə xarakterizə olunur. Destruktiv pankreatitlər əsasən üç fazada inkişaf edir:

  • Birinci faza, fermentativ faza adlanır və ilk bir həftə ərzində inkişaf edə bilər. Bu dövr ərzində pankreas toxumasında nekrozlaşma, endotoksikoz, bəzi xəstələrdə poliorqan çatışmazlığı və endotoksin şoku inkişaf edə bilər.
  • Destruktiv pankreatitlərin ikinci fazası reaktiv faza adlanır və adətən xəstəliyin ikinci həftəsini əhatə edir. Bu dövrdə mədəaltı vəzidə yaranmış nekrotik ocaqlara qarşı orqanizmin reaksiyası formalaşır və Sistemli İltihabi Cavab Sindromunun (SİRS) – septiki şokun inkişafı ilə xarakterizə olunur. Bu fazada iltihab əleyhinə mediatorların ifrazı SİRS-lə əlaqəli ağciyər, ürək-damar və böyrək çatışmazlığının meydana çıxmasına təkan verə bilir.
  • Destruktiv pankreatitlərin üçüncü fazası parçalanma və sekvesterasiya fazası adlanır. Bu faza, adətən, xəstəliyin 3-cü həsftəsi başlayır və bir neçə ay çəkə bilir. Onun gedişində iki variant mümkündür: aseptik parçalanma və sekvesterasiya; septk parçalanma və sekvesterasiya. Aseptik parçalanma və sekvesterasiya postnekrotik sist və süzgəclərin əmələ gəlməsi

ilə nəticələnə bilər. Septik parçalanma və sekvesterasiya isə pankreas və pankresətrafı toxumalarda əmələ gəlmiş nekrotik kütlələrin infeksiyalaşması və irinli ağırlaşmaların inkişafı ilə xarakterizə olunur.