Kəskin pankreatit[1] — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.
Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir.
KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri
KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir. Letallıq göstəricisi 1%-dən də azdır və bu xəstələrdə adətən intensiv terapiyaya ehtiyac olsa da, pankreas cərrahiyyəsinə gərək qalmır. Ağır gedişli destruktiv pankreatitlər isə 10–20% hallarda meydana çıxır və pankreasın və onu əhatə edən toxumaların bir hissəsinin nekrozlaşması ilə xarakterizə olunur. Destruktiv pankreatitlər əsasən üç fazada inkişaf edir:
ilə nəticələnə bilər. Septik parçalanma və sekvesterasiya isə pankreas və pankresətrafı toxumalarda əmələ gəlmiş nekrotik kütlələrin infeksiyalaşması və irinli ağırlaşmaların inkişafı ilə xarakterizə olunur.
Kəskin pankreatitlərin ilkin diaqnostikası: Kəskin pankreatitli xəstələr bir qayda olaraq təcili yardım xidməti bölmələrində qəbul olunur və xəstəliyin ilkin diaqnostikasında klinik əlamətlərin nəzərə alınması və bir sıra müayinə metodlarının tətbiqi vacibdir: Tipik klinik gediş –
xəstəliyinin olması. İlk saatlarda qarın köplü olsa da palpasiyada yumşaq qalır, epiqastral nahiyədə ağrılı və peritonun qıcıqlanma simptomları zəif müsbət olur. Xəstələrdə nəbzin tezləşməsi, ilk saatlarda arterial təzyiqin normal olması və vaxt keçdikcə düşməsi qeyd olunur.
Laborator müayinələr zamanı qanda lipaza və amilazanın yüksəlməsi, sidikdə amilazanın yüksəlməsi, qanda leykositlərin yüksəlməsi aşkar olunur.
Kəskin pankreatitlərin differensial diaqnostikası aşağıdakı xəstəliklərlə aparılmalıdır :
Adətən ağrını aradan götürmək üçün ağrıkəsicilər inyeksiya olunur. Daha yaxşı olar ki, mədə və bağırsaqlar boş saxlansın. Beləliklə qida və maye qəbulu dayandırılmalıdır. Mədə möhtəviyyatını xaric etmək üçün zond burundan da salına bilər (nazoqastral zond). Qusmanın qarşısını almaq da bura aiddir. Simptomlar sönənə qədər venadaxili infuziya, yəni xüsusi məhlulların yeridilməsi aparılır. İltihabı aradan qaldırmaq üçün heç bir müalicə yoxdur. Bir çox hallarda pankreatit simptomları bir neçə günə sönür. Çox az hallarda ağırlaşmalar inkişaf edə bilər və vəziyyət ciddiləşə bilər. Sonra tətbiq oluna biləcək müalicələrə aşağıdakılar aiddir. Əgər səbəb öd daşıdırsa, pankreatit tutması sağaldıqdan sonra onu aradan götürmək lazımdır. Əgər pankreas və ətraf toxuma infeksiyaya yoluxubsa, antibiotiklərdən istifadə olunur. Bəzən infeksiyalaşmış və ya zədələnmiş toxumaları aradan götürmək üçün cərrahi üsuldan istifadə olunur.
► Kəskin pankreatit qarın nahiyəsində ağrı və qusma ilə müşahidə olunur.
► Bir çox hallarda səbəb öd daşı və spirtli içkidir.
► Xəstəxana şəraitində müalicəyə ehtiyac var, amma bir çox hallarda simptomlar bir neçə günə keçib gedir.
► Bəzən KP ağırlaşmış pankreatitə keçə bilər ki, bu da həyat üçün olduqca təhlükəlidir.
► Əgər səbəb öd daşıdırsa, onun aradan götürülməsi növbəti tutmaların baş verməsinin qarşısını alacaq.
► Kəskin pankreatitdən sonra həkiminiz icazə verməyənə qədər spirtli içki içməyin