Sevgi tuneli

Vikipediya, azad ensiklopediya
Namikilisu (müzakirə | töhfələr) (→‎Ümumi məlumat) tərəfindən edilmiş 17:42, 24 may 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Dəmiryolu xətti
Sevgi tuneli
Ölkə  Ukrayna
Vilayət
Rayon
Uzunluğu 5 km
Eni 1.520 ± 1 mm
Başlayır Klevan
Bitir Orjev
Sahibi Ukrayna Dəmir Yolları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sevgi tuneli (ukr. Туне́ль Коха́ння) — yerli əhəmiyyətli dəmir yol xətti üzərində olan təbiyyət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmir yol xətti Klevan və Orjev qəsəbələrinin birləşdirir.

Ümumi məlumat

Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır[1][2]. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir[3].

Tunelin belə şəkil almasında həm təbiyyətin, həm də, insanın rolu olmuşdur. Məhs Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi. O üzdən meşənin bu yolu əhatə etməsi mümkünsüz idi. Sonradan gediş-gəlişin azalması nəticəsində yol artıq özünə məxsus formaya düşdü və müasir formasını aldı[4]

Tunel turistlərin və sevgililərin sevimli məkanıdır. Turstlər arasında söylənilən əfsanəyə görə əyər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarlarsa bu diləkləri mütləq həyata keçər[3]. Bəzi gənclər hətda tuneldə gül-çiçək əkərək hislərini simvolizə edirlər.

Kinomotoqrafiyada

  • Yapon rejisor Akiyoşi İmazaki 2014-cü ildə "Klevan: Sevgi tuneli" adlı romantik dram çəkmiş və filmin ilk nümayişi 23 noyabr 2014-cü ildə baş vermişdir. Beynəlxalq Hanoy kinofestivalıda göstərilən bu filmin sujet xətti bir başa Sevgi tuneli ilə bağlıdır.
  • Qısametrajlı "Mina" filmi.

Şəkillər

İstinadlar

  1. “Тоннель любви”. Клевань, Украина. — журнал об архитектуре и дизайне интерьеров
  2. Тунель кохання — ILoveUkraine: поділіться любов'ю до України
  3. 1 2 Tunnel of Love in Klevan, Ukraine, a Fairytale Train Track (ing.)
  4. Тоннель любви в Ровно: романтика made in Ukraine

Xarici keçidlər