Balkan küknarı

Vikipediya, azad ensiklopediya
İlkay (müzakirə | töhfələr) (Yeni səhifə: {{Takson | adı = {{latb|picea omorika }} | aləmi = Bitkilər | şəkil = Şəkil:Picea omorika1|thumb|Picea_omorik...) tərəfindən edilmiş 11:00, 21 iyul 2016 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Balkan küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.


İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.


Mənbə