Amerika aqavası
Amerika aqavası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: ???: Amerika aqavası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması:
Təbii halda Meksika da yayılan çoxillik bitkidir.
Botaniki təsviri:
Şirəli, qalın yarpaqları bitkinin kök boğazından çıxaraq, sıx yarpaq yığımı əmələ gətirir. Yarpaqları boz-yaşıl rənglı, 2 m uzunluğunda, 20-25 sm enində olub, xətvari- neştərvaridir, uc hissəsi 3 sm uzunluğunda hər iki tərəfi tikanlıdır. Yaşadığı dövrdə bir dəfə çiçək açır, çıçəkləmə qurtardıqdan sonra çoxlu kök pöhrələri əmələ gətirir və əsas bitki məhv olur. 20-25, bəzən isə 30-35 ildən sonra çiçək açır. Yarpaq yığımının mərkəzindən uzunluğu 10-12 m-ə qədər olan çiçək zoğu qalxır. Çiçək zoğunun ucunda 1 m uzunluğunda çoxlu sarımtıl zəngvari çiçəklər əmələ gəlir. Çiçəkləmə 8 aya qədər davam edir. Abşeron şəraitində yığılan aqava toxumları cücərmə qabiliyyətinə malik deyil, kök pöhrələri vasitəsi ilə asanlıqla çoxaldılır. Adətən toxumlar gövdənin altında cücərir.
Ekologiyası:
Quraqlığa, küləyə işığa davamlı, qumlu, şoran torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması:
Bakı da, Sumqayıt da, Ələt də, Qobustan da və digər rayonlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi:
Yaşıllaşdırmada, tək əkinlərdə istifadə edilir. Bir çox ölkələrdə yarpaqlarından kəndir istehsalında, gəmilərin hazırlanmasında istifadə edilir.
Məlumat mənbələri
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- “Azərbaycan dendraflorasi” II cild, Baki, “Seda”, 2015, 392 səh.
Mənbə
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 323.
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 45–48. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8