Hikmət Yaqubov
Yaqubov Hikmət Əlisgəndər oğlu — rejissor.
Həyatı
Hikmət Əlisgəndər oğlu Yaqubov 1972-ci il avqustun 4-ü Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlib.
1979 - 1989 - cu illərdə Kalinovka kənd orta məktəbində oxuyub.
1989 – 1994 - cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
2005-ci ildə daxil olduğu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2009-cu ildə fərqlənmə diplomu ilə bitirib.
Fəaliyyəti
1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.
Rejissor assistenti vəzifəsindən baş rejissor vəzifəsinə qədər pillə-pillə yüksəlib. Televiziya karyerası müharibə dövrünə təsadüf edən Hikmət Yaqubov Televiziyanın Hərbi Proqramlar və Salnamə Redaksıyasında rejissor assistenti olduğu illərdə qaynar döyüşlərin getdiyi bölgələrdən, Ağdam, Fizuli, Goranboy rayonlarından xüsusi reportajlar və bir sıra verlişlər hazırlayıb.
1995-ci ildə Ümummilli Lider Heydər Əliyev barədə çəkilən “Böyük Ömrün Anları” adlı iki hissəli sənədli filmin rejissoluğu Hikmət Yaqubova həvalə edilib.
Rejissor fəaliyyəti təqdir olunan gənc rejissor bundan sonra 1996-cı ildə “Azərbaycan”, 1998-ci ildə isə nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında lentə alınan “Üç Dəniz Əfsanəsi” sənədli filmlərinə rejissorluq edib.
Hərbi Proqramlar və Salnamə Redaksıyasındakı təcrübədən sonra hər bir televiziyanın döyünən ürəyi sayılan Xəbərlər Redaksiyasında rejissorluq da yaşının gəncliyinə baxmayaraq Hikmət Yaqubova tapşırılır.
Eləcə də, “Səhər” Musiqili İnformasiya Redaksiyasında çalışan gənc rejissor bu dövrdə müxtəlif sayda reklam çarxları və kliplərə də rejssorluğu üzərinə götürür.2000-ci ildə “Səhər”, 2006-cı ildə İdman Redaksiyasının baş rejissoru təyin edilib .2009-cu ildə İdman Azərbaycan Telekanalının baş rejissoru, 2010-cu ildə “Səs” İnternet Televiziyasının direktoru vəzifələrində çalışıb. 2013- 2016 cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktorudu vəzifəsində calışıb.Hal -hazırda Azərbaycan Televiziyası və Radiosu QSC-nin bədii rəhbəri vəzifəsində calışır.Ailəlidir 2 oğlu var. Bu illər ərzində bir sıra mükafatlara layiq görülüb. 2016- cı il noyabrın 7 -də Azərbaycan Prezidentinin sərəncamı ilə "əməkdar mədəniyyət işcisi" fəxri adına layiq görülüb.Filmoqrafiya
- Böyük Ömrün Anları (1995)
- Azərbaycan (1996)
- Üç Dəniz Əfsanəsi (1998)