Atlasjet reys 4203

Vikipediya, azad ensiklopediya
Eldarado (müzakirə | töhfələr) (→‎Ekipaj üzvləri) tərəfindən edilmiş 10:54, 24 noyabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Təyyarə qəzası

Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir.

Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı. Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu.

İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi.

Qəza bölgəsi

Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı. Baqajlar, cəsədlər və dağıntı geniş bir sahəyə yayılmış və polis tərəfindən həmin əraziyə giriş bağlanmışdı.

İsparta valisi Şəmsəddin Uzun, bir açıqlamasında, təyyarənin dağıntısının olduğu yerin, havalimanının eniş rotası üzərində olmadığını ifadə edərək "Təyyarə oraya necə endi anlamaq mümkün deyil" dedmişdir.

Düşən təyyarənin keçmişi

McDonnell Douglas MD-83 tipli təyyarə, 53185 istehsal nömrəsi ilə 1994-cü ildə istehsal olunmuşdur. TC-AKM qeydiyyat nömrəli təyyarə, World Focus Havayollarından əvvəl 1994-1999-cu illər aralığında Amerika Reno Air, 1999-2001-ci illər aralığında Amerikan Hava Yolları, 2001-2005-ci illər aralığında isə Türk Free Bird Hava Yollarında uçmuşdur.

World Focus Hava yolları tərəfindən 20 may, 2005-ci ildə öz flotuna qatılan təyyarə, bir dövr Türk Hava Yollarına da icarəyə verilmişdir. 29 iyul, 2007-ci ildə uçuş qrupuyla birlikdə Atlasjet tərəfindən icarəyə götürülmüşdür.

Arxaplan

Qəzanın səbəbi

Bölgədə edilən araşdırmada günün ikinci yarısından sonra təyyarənin uçuş məlumatını və Pilot kabinəsi səslərini yazan iki qara qutusu (səs qeydi edən CVR və uçuş məlumatlarını yazan FDR cihazları) tapılmışdı. Hava şərtləri müsbət və təyyarənin bilinən bir texniki problemi yox idi.

Türkiyə Mülki Aviasiya Baş İdarəsi, 3 dekabr 2007-ci il tarixində, təyyarənin mərkəzlə yaratdığı son əlaqədən sonra öz hava yolundan çıxdığı dəqiqləşdirildi, lakin bunun səbəbinin hələ bilinmədiyini açıqladı. Eyni zamanda, hava şərtlərinin uçuş üçün uyğun olduğu, hava limanındakı cihazların normal çalışdığı, təyyarənin mühərriklərinin toqquşma anına qədər fəal və eniş komandalarının açıq olduğu bildirildi.

Qara qutular araşdırılması üçün Almaniyaya göndərilmişdi. Gələn ilk xəbərlər, qara qutularda bütün qeydlərin olduğu, məlumatların pilot səhvinə işarə etdiyi istiqamətində idi. Buna görə, pilotlar, başlanğıcda qaydalara uyğun olaraq 2.600 m-ə qədər yüksəlmişlərdi. Daha sonra təyyarənin öz hava yolundan sapmasının səbəbi, pilotların istiqamət təyinatını pozulmuş olması idi. Təpəyə yaxınlaşdıqlarını fərq etdiklərində təyyarəni düzəltməyə çalışmışdılar, lakin bu manevr nəticəsi olaraq təyyarə quyruq qismi ilə təpəylə toqquşmuşdur.

Təxribat iddiası

Həyatını itirənlər

Ekipaj üzvləri

Serhat Özdemir, Tahir Aksoy, Çağatay Şirin, Mana Topçu, Sinem Vurgun, Mümine Bulut, Alaattin Gürtürk. [mənbə göstərin]

Sərnişinlər

Qəzadan sonra

Məhkəmə

İstinadlar


Xarici keçidlər