Atlasjet reys 4203

Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir.

Atlasjet reys 4203
Avqust, 2007-ci il.
Avqust, 2007-ci il.
Ümumi məlumatlar
Tarix
  • 30 noyabr 2007-ci il
Qəza növü Pilot səhvi.
Yer Türbetepe, Keçiborlu, İsparta ili, Türkiyə
Koordinatlar 37°52′24″ şm. e. 30°12′07″ ş. u.HGYO
Ölkə
Sərnişin sayı 50 [1]
Komanda 7
Yaralı sayı 0
Ölü sayı 57
Təyyarə
Təyyarə modeli McDonnell Douglas MD-80/MD-90
Havayolu şirkəti Atlasjet
Qalxma yeri Atatürk Beynəlxalq Hava Limanı, İstanbul, Türkiyə
Uçuş nömrəsi 4203
Qeydiyyat nömrəsi TC-AKM [2]

Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə[3] 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin[1] və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı.[4][5] Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu.

İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi.

Qəza bölgəsi

[redaktə | mənbəni redaktə et]

Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı. Baqajlar, cəsədlər və dağıntı geniş bir sahəyə yayılmış və polis tərəfindən həmin əraziyə giriş bağlanmışdı.

İsparta valisi Şəmsəddin Uzun, bir açıqlamasında, təyyarənin dağıntısının olduğu yerin, havalimanının eniş rotası üzərində olmadığını ifadə edərək "Təyyarə oraya necə endi anlamaq mümkün deyil" dedmişdir.

Düşən təyyarənin keçmişi

[redaktə | mənbəni redaktə et]

McDonnell Douglas MD-83 tipli təyyarə, 53185 istehsal nömrəsi ilə 1994-cü ildə istehsal olunmuşdur. TC-AKM qeydiyyat nömrəli təyyarə, World Focus Havayollarından əvvəl 1994–1999-cu illər aralığında Amerika Reno Air, 1999–2001-ci illər aralığında Amerikan Hava Yolları, 2001–2005-ci illər aralığında isə Türk Free Bird Hava Yollarında uçmuşdur.

World Focus Hava yolları tərəfindən 20 may, 2005-ci ildə öz flotuna qatılan təyyarə, bir dövr Türk Hava Yollarına da icarəyə verilmişdir. 29 iyul, 2007-ci ildə uçuş qrupuyla birlikdə Atlasjet tərəfindən icarəyə götürülmüşdür.

Qəzanın səbəbi

[redaktə | mənbəni redaktə et]

Bölgədə edilən araşdırmada günün ikinci yarısından sonra təyyarənin uçuş məlumatını və Pilot kabinəsi səslərini yazan iki qara qutusu (səs qeydi edən CVR və uçuş məlumatlarını yazan FDR cihazları) tapılmışdı. Hava şərtləri müsbət və təyyarənin bilinən bir texniki problemi yox idi.

Türkiyə Mülki Aviasiya Baş İdarəsi, 3 dekabr 2007-ci il tarixində, təyyarənin mərkəzlə yaratdığı son əlaqədən sonra öz hava yolundan çıxdığı dəqiqləşdirildi, lakin bunun səbəbinin hələ bilinmədiyini açıqladı. Eyni zamanda, hava şərtlərinin uçuş üçün uyğun olduğu, hava limanındakı cihazların normal çalışdığı, təyyarənin mühərriklərinin toqquşma anına qədər fəal və eniş komandalarının açıq olduğu bildirildi.

Qara qutular araşdırılması üçün Almaniyaya göndərilmişdi. Gələn ilk xəbərlər, qara qutularda bütün qeydlərin olduğu, məlumatların pilot səhvinə işarə etdiyi istiqamətində idi. Buna görə, pilotlar, başlanğıcda qaydalara uyğun olaraq 2.600 m-ə qədər yüksəlmişlərdi. Daha sonra təyyarənin öz hava yolundan sapmasının səbəbi, pilotların istiqamət təyinatını pozulmuş olması idi. Təpəyə yaxınlaşdıqlarını fərq etdiklərində təyyarəni düzəltməyə çalışmışdılar, lakin bu manevr nəticəsi olaraq təyyarə quyruq qismi ilə təpəylə toqquşmuşdur.

Təxribat iddiası

[redaktə | mənbəni redaktə et]

Təyyarənin düşməsinin dərhal ardından, bir təxribat nəticəsi düşdüyü iddiası ortaya atılmışdı. Bu istiqamətdə maddi bir dəlil olmamasına baxmayaraq, təyyarədə Süleyman Dəmirəl Universitetindəki bir konfransa getməkdə olan beş fizikaçının olmasının, təxribat iddiasını gücləndirdiyi qarşıya qoyulmuşdu. Qəzada həyatını itirən Engin Arıkın Türkiyədə CERN bənzəri bir parçacıq sürətləndirmə laboratoriyası qurma layihəsində çalışması vurğulanmış, bu layihənin Türkiyəyə böyük texnoloji atılamlar etdirəcəyi qarşıya qoyulmuşdu. Üstü bağlı olaraq, Türkiyənin bu var olacağı iddia edilən inkişafı istəməyən düşmənləri və "beynəlxalq nüvə lobbisi", elm adamlarına təxribat təşkili ittiham edilmişdi.

Türkiyə Mülki Aviasiya Baş direktoru Ali Arıduru, təyyarəyə qarşı təxribat iddiasına dair hər hansı bir dəlil olmadığını açıqladı.

Həyatını itirənlər

[redaktə | mənbəni redaktə et]

Ekipaj üzvləri

[redaktə | mənbəni redaktə et]

Serhat Özdemir, Tahir Aksoy, Çağatay Şirin, Mana Topçu, Sinem Vurgun, Mümine Bulut, Alaattin Gürtürk.[6]

Nuri Tığlı, Bahri Öndürücü, M. Rafi Taşkent, Muhsin Öndürücü, Şakir Özsoy, Ayşe Şentürk, Kasım Muhammet Saygılı, Perihan Kutlu, Sinem Kutlu, Aysun Fatime Balcı, Mustafa Zengi, Davut Demirkurt, Hayri Tokgöz, Tevfik Büyükçaylı, Mehmet Yiğitbaşı, Zeliha Yiğitbaşı, Özgen Berkol Doğan, Engin Abat, Engin Arık, Sibel Uysal, Mehmet Yılmaz, Necati Kartal, Saniye Kartal, Hakan Ulutaş, İskender Hikmet, Senel Fatma Boydağ, Fahrettin Oğurlu, Özcan Oğurlu, Hakan Yakup Pullu, Alp Tezcan, Oğuz Cafer Çiftçi, Yusuf Çiftçi, Nazire Kurnaz, Gözen Polat, Mustafa Fidan, Doğan Göktaş, Hazal Kaynak, İsa Çobankaya, Saniye Çobankaya, Yaşar Çobankaya, Burhan Tepebaşı, Ruşen Mustafa Hamza Hemreli, Ceren Ceylan, Fuat Güler, Mustafa Çalışkan, Kenan Büyük, Süleyman Hilal, Melike Ceylan, Sadettin Baysal, Özlem Karataş.

Dağıntı təmizləmə işləri 7 dekabrda başlamışdı. Dağıntı parçalara ayrılaraq traktorlarla yaxındakı Yeniköyə aparılmışdı. Yolun qarla örtülü olması, işlərin tezləşməsində çətinlik yaradırdı.

Atlas Jet, 14 dekabr 2007-ci ildə, qəza ailələrinə 25 min dollar "ön ödəmə" edəcəklərini açıqladı

2009-cu ilin dekabr ayında hələ də qəzaya səbəb olanlar haqqında İsparta Ağır Cəza Məhkəməsində davam edən dinləmələrdə təyyarəyə EGPWS cihazını Eritreyada qoşduran texnik Rəşid Atalayın təqsirləndirilərək "birdən çox adamın ölümünə səbəb olma" günahından mühakimə olunmasına qərar verilmişdi. Prokurorluq EGPWS qurğusundan qəzalı olduğunu iddia etməkdədir. Bu səbəblə EGPWs qurğusundan istehsalçısı Honeywell firmasından cihazın vəziyyəti ilə əlaqədar hesabat istənmişdir.

Açılan iddia nəticəsində World Focus Hava yolları şəriyi Yavuz Çizmeci, eyni hava yolu şirkətinin baş direktoru Aydın Kızıltan və işçisi İsmayıl Taşdelen təqsirləndirilərək "birdən çox adamın ölümünə səbəb olma" günahından əvvəl 14 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra şübhəlilərin cəzası 11 il 8 aya endirilmişdi. World Focus Hava yolları texniki Fikri Zəfər Dinçer, eyni cinayətlə 7 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Dinçerin cəzası 5 il 10 aya salındı. Dövrün Mülki Aviasiya Baş direktoru Ali Arıduru və Ümumi Müdir köməkçisi Oktay Erdağ, "birdən çox adamın ölümünə səbəb olma" günahından bəraət edərkən, "vəzifədən sui-istifadə etmə" günahından 2 il həbs cəzası aldılar. Bu iki şübhəlinin cəzası daha sonra 1 il 8 aya endirilmişdi. Məhkəmə qərarı 11 mart 2016-cı il tarixində Türkiyə Ali Məhkəməsi tərəfindən pozulmuşdu.

  1. 1 2 Qəzada həyatını itirən bir aylıq Ceren Ceylan biletsiz olduğu üçün uçuş siyahısında yer almamışdır.
  2.  (ing.) "Passenger aircraft crashes in Turkey". FlightGlobal. 30 noyabr 2007
  3.  (türk.) "Yolcu uçağı Isparta'da düştü". Hürriyet. 5 dekabr 2007
  4.  (ing.) "'None survive' Turkey plane crash". BBC News. 30 noyabr 2007
  5.  (ing.) "Accident description (preliminary)". Air Safety Network. 15 sentyabr 2015
  6. "Yolcu uçağı Isparta'da düştü" (türk). 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]