Yaşar Abbasov

Vikipediya saytından
Hilal knight (müzakirə | töhfələr) (Yeni səhifə: {{Eyni soyad|Abbasov}} '''Yaşar Abbasov''' (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı<r...) tərəfindən edilmiş 15:49, 9 dekabr 2016 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı[1] azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir.[2]

Bioqrafiya

1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.[2]

2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində,[3] 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir.[4] UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.

İstinadlar

  1. FİFA saytında azərbaycanlı hakimlər
  2. 1 2 AFFA-nın saytında profili
  3. İzrail- Macaristan 1:2; Almaniya-Serbiya 2:2; Portuqaliya-Izrail 3:0
  4. Macaristan-Albaniya 0:2; Moldova-Uels 0:0

Mənbələr