Yaşar Abbasov

Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı[1] azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir.[2]

Yaşar Abbasov
Tam adı Yaşar Abbasov
Doğum 1.08.1980
Tovuz, Azərbaycan SSR, SSRİ
Yerli səviyyədə
İllər Liqa Rolu
2006-2009 Birinci divizion köməkçi hakim
2009- Azərbaycan Premyer Liqası köməkçi hakim
Beynəlxalq səviyyədə
İllər Liqa Rolu
2012- FİFA dərəcəli hakim köməkçi hakim

1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.[2]

2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində,[3] 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir.[4] UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.

  1. "FİFA saytında azərbaycanlı hakimlər". 2019-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  2. 1 2 "AFFA-nın saytında profili". 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  3. İzrail- Macaristan Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine 1:2; Almaniya-Serbiya 2:2 Arxivləşdirilib 2021-02-14 at the Wayback Machine; Portuqaliya-Izrail 3:0 Arxivləşdirilib 2017-06-10 at the Wayback Machine
  4. Macaristan-Albaniya 0:2 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine; Moldova-Uels 0:0 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine