Qara xan Ustaclı

Vikipediya, azad ensiklopediya
II. Niveles (müzakirə | töhfələr) (düzenleme using AWB) tərəfindən edilmiş 08:03, 2 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qara xan Ustaclı
Vəfat tarixi 1517
Fəaliyyəti hərbi lider[d]

Qara xan Mirzə bəy oğlu Ustaclı-(?-1517), Qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi.

Həyatı

Mirzə bəyin ikinci oğlu Qara bəy Ustaclı elinin Təmişli oymağındandır. O, öncə 600 atlının çarxçısı idi. Qardaşı Xanməhəmməd bəy Ustaclı ölümündən sonra xan ünvanı ilə Diyarbəkrə bəylərbəyi təyin olundu.

Qara xan 1517-ci ildə Mardin civarında Osmanlı sərkərdəsi "Bığlı Çavuş" ayamalı Mustafa paşaya qarşı savaşda öldürüldü.

Ailəsi

Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı.

Mənbə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Xarici keçidlər

Həmçinin bax