Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi

Vikipediya saytından
Azerifactory (müzakirə | töhfələr) (→‎Hadisə) tərəfindən edilmiş 07:20, 16 fevral 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hücum yeri Şaplar, Kəlbəcər, Azərbaycan
Vaxt
Hücum üsulu Girov götürülməsi, sui-qəsd
Həlak olanlar Həsən Həsənov
Girov sayı 2
Girovlar Dilqəm Əsgərov
Şahbaz Quliyev

Zəmin

Hadisə

Əməliyyat zamanı ermənilər tərəfindən öldürülən Həsənov Həsən Fərman oğlunun Binəqədi qəbiristanlığındakı məzarı.

2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.[1] Həmin gün Şaplar kəndində erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər.[2] Həsən Həsənov isə güllələnərək öldürülüb.[2]

2014-ci il oktyabrın 2-də Həsən Həsənovunv nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.[3] Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.[3]

Ermənilər tərəfindən verilən işgəncə

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevə girovluqda ermənilər işgəncə veriblər.[4]

Məhkəmə

Qondarma DRQ Dilgəm Əsgərov və Şahnaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub.[5] "Məhkəmə"nin qərarı ilə Əsgərova ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.[5]

Azərbaycanın reaksiyası

2016-cı il noyabrın 23-də Bakıda Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.[2] Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub.[2] Komitəyə Əlövsət Ağalarov sədrlik edib.[2]

Beynəlxalq reaksiya

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir.[6] Onların məktublarını ailələrinə çatdırır.[6] Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər.[6] Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.[6]

İstinadlar

  1. Məmmədova, Kəmalə. "Dilqəm və Şahbazın 1 illik girov həyatı". www.anspress.com. www.anspress.com. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  2. 1 2 3 4 5 "Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb". www.azadliq.org. www.azadliq.org. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  3. 1 2 "Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub". apa.az. apa.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  4. "Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb". www.meydan.tv. www.meydan.tv. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  5. 1 2 "BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər". www.virtualkarabakh.az. www.virtualkarabakh.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  6. 1 2 3 4 "Dilqəm Əsgərov ermənilərə boyun əymədi". www.azadliq.info. www.azadliq.info. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.

Xarici keçidlər