Qarabağ Azadlıq Təşkilatı


Azad Vətən Partiyası — Azərbaycanda fəaliyyət göstərən və 6 sentyabr 2022-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya. Sədri Akif Nağıdır. Partiya 27 avqust 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatı adı ilə yaradılmış, 28 yanvar 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatı adı ilə fəaliyyət göstərmiş təşkilatın 17 avqust 2022-ci il tarixli qurultayında siyasi partiyaya çevrilməsiylə yaranmışdır.

Azad Vətən Partiyası
AzVP
Loqonun şəkli
Sədri Akif Nağı
Quruluş tarixi 17 avqust 2022 (siyasi partiya)
iyul 1993 (ictimai birlik)
Qeydiyyat tarixi 5 sentyabr 2022
Üzv sayı 5 mindən çox[1] (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı qat.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azad Vətən Partiyasının üzvlərinin 70%-i kişi, 30%-i isə qadın olmuşdur.[2]

Təşkilat dövrü (1993–2022)

[redaktə | mənbəni redaktə et]

Bu təşkilat 1993-cü il avqustun 27-də yaradılıb, ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000-ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması qəbul olunub, yəni Qarabağ Azadlıq Təşkilatı. Təşkilatın əsas məqsədi Qarabağın azadlığı olmuşdur. Təşkilat "xalq diplomatiyası" nın əleyhinədir, hesab edir ki, yalnız müharibə bitdikdən sonra "xalq diplomatiyası"ndan istifadə etmək olar. Təşkilat Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə inanmamışdır, məsələnin hərbi yolla həll ediləcəyi mövqeyində idi. Bu məqsədlə Təşkilat "Qələbə Modeli" adlı sənəd hazırlamışdır.

Partiya dövrü (2022-)

[redaktə | mənbəni redaktə et]

Qarabağa Azadlıq Təşkilatının 17 avqust 2022-ci ildə Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində VI (yenidən təşkil) Qurultayı keçirilmişdir. Qurultayda təşkilatın bazasında Azad Vətən Partiyası yaradılmış, Akif Nağı partiyanın sədri, Novruz Novruzov isə Siyasi Şuranın sədri seçilmişdir. Partiyanın siyasi spektrda yeri sol mərkəz olaraq elan edilmişdir.[3]

Partiya 5 sentyabr 2022-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı sənədlər 6 sentyabr 2022-ci ildə partiya sədri Akif Nağıya təqdim olunmuşdur.[4]

30 sentyabr 2023-cü ildə Azad Vətən Partiyasının II (növbədənkənar) Qurultayı keçirilmişdir. Qurultayda 35 rayon təşkilatından seçilmiş 115 nümayəndədən 107-si iştirak etmişdir. Qurultayda "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərini nəzərə almaqla partiyanın Nizamnamə və Proqramına dəyişiklik və əlavələrin edilməsi, partiya bayrağında simvolların dəyişdirilməsi və digər məsələlər müzakirə edilmiş, uyğun qərarlar qəbul olunmuşdur.[5]

Partiya qurulduqdan sonra sədr Akif Nağı deputat Aqil Abbası partiyaya üzv olmağa dəvət etsə də, Aqil Abbas heç bir partiyada təmsil olunmaq istəmədiyini bildirmişdir.[6]

Seçki Sədr Majoritar
Səs % Mandat
2024
Akif Nağı

Loqo bərabər enli iki üfüqi zolaqdan (yuxarı zolaq ağ, aşağı zolaq qara rəng) ibarətdir. Ortasında qızılı rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Ayparanın içərisində Azərbaycan Respublikasının bayrağının rəngləri ilə boyanmış Azərbaycan Respublikasının xəritəsi yerləşdirilmişdir. Xəritədə Dağlıq Qarabağın odlara bürünmüş xəritəsi və Bakıdan Dağlıq Qarabağ səmtə uzanmış qılınc şəkli göstərilmişdir.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Qərərgah Binəqədi rayonu, 6-cı mikrorayon, Azadlıq prospekti 161B ünvanda yerləşir.

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. "Akif Nağı yeni partiyanın sədri oldu". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  4. "Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb". 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  5. modern.az. "Azad Vətən Partiyası növbədənkənar qurultay keçirdi". modern.az (az.). 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-01.
  6. bizim.media. "Akif Nağının yeni yaratdığı partiyaya dəvətinə Aqil Abbasdan CAVAB: "Bir dəfə qələt edib..."". bizim.media (az.). İstifadə tarixi: 2024-05-01.