Zeynalabdin sultan Kəngərli

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:1834-cü ildə vəfat edənlər əlavə olundu HotCat) tərəfindən edilmiş 13:42, 2 aprel 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Zeynalabdin sultan Həsən bəy oğlu Kəngərli (1791-1834)—II rus-İran müharibəsi iştirakçısı, Naxçıvan xanlığının sərkərdəsi.

Zeynalabdin sultan Həsən bəy oğlu 1791-ci ildə Naxçıvan xanlığının Dərələyəz mahalının Rəsulqışlağı kəndində anadan olmuşdu. Kəngərli elinin Əlixanlı oymağındandır. Molla yanında oxumuşdu. Xanlığın atlı alayında yüzbaşı kimi xidmət etmişdi.

Zeynalabdin sultan Kəngərli II rus-İran müharibəsinə qatılmışdı. Döyüşdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli Anna ordeni ilə təltif edilmişdi.

Zeynalabdin sultan Kəngərli Yasəmən xanımla ailə qurmuşdu. Nabat xanım adlı qızı vardı.

  • Ənvər Çingizoğlu, Dərələyəz mahalının ünlü simaları, Bakı, "Soy" dərgisi, 6 (50), 2011,