Kəngərli eli

Kəngərli eli — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri.

Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir.

Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu.

Elin oymaqları[redaktə | mənbəni redaktə et]

Kəngərli eli bir çox qollara bölünmüşdü. Oymaq, tayfa və tirələrin ayrıntısı.

Elin tanınmış nümayəndələri[redaktə | mənbəni redaktə et]

Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli, onun oğlanları: Şeyxəli xan KəngərıiEhsan Xan Kəngərli, onların da oğul və nəvələri - KəlbəlixanovlarNaxçıvanskilər olmuşlar.

Azərbaycanın hərb tarixində Kəngərli həbçilərinin adı qızıl hərflərlə yazılıb. Çox vaxt salnamələrdə "Kəngərli cəngavərləri" də qeyd olunur. Kəngərlilərin mənşəyi haqqında müxtəlif rəylər var. Araşdırmalar göstərir ki, Kəngərlilər qədim Naxçıvanın ilkin sakinləri olublar [1]

Kəngərli eli Naxçıvanda, Qarabağda, Şirvanda, İranda məskunlaşıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Polkovnik Şeyxəli xan Kəlbəlixanov Naxçıvanski və onun varisləri[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
  • S.Q.Klyaştornıy "Drevnetyurkskiye rumiçeskiye pamyatniki kak istoçnik po istorii Sredney Azii" M.1964. səh.175.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]