Alaria alata

Vikipediya saytından
S.Həsənova89 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Alaria alata''' - ({{lang-la|Alaria alata}}) Dünyada – 15 növ, Qafqazda – 1 növ, Azərbaycanda – 1 növ təmsil olunmuşdur. {{Takson | adı = Alari...) tərəfindən edilmiş 08:33, 26 aprel 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Alaria alata - (lat. Alaria alata) Dünyada – 15 növ, Qafqazda – 1 növ, Azərbaycanda – 1 növ təmsil olunmuşdur.

Alaria alata
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes.
???:
Alaria alata
Beynəlxalq elmi adı
  • Alaria alata

Növün xarakterik morfoloji əlamətləri

Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm – dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm – dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm – dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm – dir. Qida borusu yoxdur. Bütün cinsiyyət vəziləri bədənin silindrik hissəsində yerləşir, uzunluğu 0,210 – 0,430 mm, eni isə 0,220 – 0,470 mm – dir. Arxa toxumluq orta xətt üzrə yerləşərək, geri hissəsindəki dərin kəsiklə ön toxumluqdan kəskin fərqlənir. Ön toxumluğun uzunluğu 0,210 – 0,430 mm, eni isə 0,220 – 0,470 mm – dir. Arxa toxumluğun uzunluğu 0,230 – 0,690 mm, eni isə 0,300 – 0,950 mm – dir. Bu toxumluğun qabağında Melis cisimciyi, arxasında isə toxumqəbuledici yerləşir. Yumurta dəyirmi olmaqla, ön toxumluğun qabağında bədənin orta xətti üzrə uzanır, uzunluğu 0,201 – 0,210 mm, eni isə 0,270 – 0,600 mm – dir. Sarılıqlar qarın sormacının gerisindən başlayır, yumurtalığın arxa kənarına çatmamış qurtarır. Çox böyük olmayan balalığa malikdir. Yumurta oval olub, 0,115 – 0,130 x 0,68 – 0,93 mm ölçüdədir.[1]

Kategoriyası və statusu

Geniş yayılan, çox saylıdır.

Aid olduğu cins neçə növ ilə təmsil olunmuşdur

Dünyada – 15 növ, Qafqazda – 1 növ, Azərbaycanda – 1 növ.

Yayılması

Azərbaycanın subtropik ərazilərində

Yaşayış yeri və həyat tərzi

Yırtıcı heyvanların bağırsağında parazit heyat tərzi keçirirlər

Qidalanması

Bağırsaq şirəsi ilə qidalanır.

Ədəbiyyat

  • Xəzəryanı ərazilərdə vəhşi və əhli ətyeyan heyvanların helmintlərinin və onların aralıq sahiblərinin ekosistemdə rolu. Az. MEA Zool. İnstutunun əsərləri,XXVIII cild,Baki, “Elm” 2006, s. 905 – 911.
  1. Xəzəryanı ərazilərdə vəhşi və əhli ətyeyan heyvanların helmintlərinin və onların aralıq sahiblərinin ekosistemdə rolu” Az. MEA Zool. İnstutunun əsərləri,XXVIII cild, Baki, “Elm” 2006