Alaria alata

Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü.

{{{latin}}}
Elmi təsnifat
Yarımaləm:
İnfraaləm:
Tipüstü:
Yarımtip:
İnfratip:
Sinifüstü:
Dəstə:
Fəsilə:
Cins:
Növ:
Alaria alata
Beynəlxalq elmi adı
  • Alaria alata

Növün xarakterik morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur. Bütün cinsiyyət vəziləri bədənin silindrik hissəsində yerləşir, uzunluğu 0,210 – 0,430 mm, eni isə 0,220 – 0,470 mm-dir. Arxa toxumluq orta xətt üzrə yerləşərək, geri hissəsindəki dərin kəsiklə ön toxumluqdan kəskin fərqlənir. Ön toxumluğun uzunluğu 0,210 – 0,430 mm, eni isə 0,220 – 0,470 mm-dir. Arxa toxumluğun uzunluğu 0,230 – 0,690 mm, eni isə 0,300 – 0,950 mm-dir. Bu toxumluğun qabağında Melis cisimciyi, arxasında isə toxumqəbuledici yerləşir. Yumurta dəyirmi olmaqla, ön toxumluğun qabağında bədənin orta xətti üzrə uzanır, uzunluğu 0,201 – 0,210 mm, eni isə 0,270 – 0,600 mm-dir. Sarılıqlar qarın sormacının gerisindən başlayır, yumurtalığın arxa kənarına çatmamış qurtarır. Çox böyük olmayan balalığa malikdir. Yumurta oval olub, 0,115 – 0,130 x 0,68 – 0,93 mm ölçüdədir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Geniş yayılan, çox saylıdır. Yırtıcı heyvanların bağırsağında parazit heyat tərzi keçirirlər. Bağırsaq şirəsi ilə qidalanır. Düşmənləri yoxdur. Hermofrodit orqanizm olub, yumurta vasitəsi ilə çoxalır. Növün fenologiyasına yumurta, aralıq sahib sürfə, yetkin fərd daxildir. Orta ömrün uzunluğu məlum deyil. Biohelmintdir, inkişaf dövriyyəsi aralıq sahib olan ilbizlər; ehtiyat sahib olan qurbağa və sürünənlərin iştirakı ilə gedir. Sahib dəyişməklə başa çatır. Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Mühafizəyə ehtiyac yoxdur. 5-28 fərd olub, aralıq sahiblə əlaqə kəsildikdə məhv olurlar. 3-cü dərəcəli konsumentdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Dünyada 15, Qafqazda 1, Azərbaycanda 1 növ ilə təmsil olunmuşdur. Azərbaycanın subtropik ərazilərində yayılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]