Qısaerkəkcikli boruçiçək

Vikipediya saytından
BotanikBDU (müzakirə | töhfələr) (Yeni səhifə: Elmi adı / Scientific name: Solenanthus brachystemon Fisch. et C.A. Mey. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsi...) tərəfindən edilmiş 07:08, 1 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Elmi adı / Scientific name: Solenanthus brachystemon Fisch. et C.A. Mey. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçiklmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5-7 mm uzunluqda, boz rəngdədir. Tac 8-10 mm uzunluqda açıq bənövşəyi rəngdədir. Fındıqçası çoxsaylı, uzun, nazik, löbərvari qopartikanlıdır [1, 2]. Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi mart – aprel aylarına təsadüf edir. Düzən və dağətəyi ərazilərdə, əsasən meşələrdə rast gəlinir [1, 2]. Yayılması: Lənkaran ovalığı və dağlıq hissələri [1, 3, 4]. Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasının çox zəif olması və iqlimin mənfi təsirlərdən asılılığı müşahidə olunur. Xüsusi yaşayış mehitinə tələbkar bitkidir [5]. Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) və iqlim. Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur. Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Аскерова Р.К., Керимов В.Н.,1999; 3. Əsgərov A.M., 2006; 4. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 5. TərtibçininŞablon:-qaralama