Bənövşəyi sığırquyruğu

Vikipediya, azad ensiklopediya
BotanikBDU (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:34, 1 may 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Elmi ad:

Verbascum phoeniceum L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri:

İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı – bənövşəyi, 25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri:

Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir [1, 2].

Yayılması:

Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Kükü dağ –Dərəboğaz, Batabat) [1, 2, 3, 4]. Sayı və tendensiyası: Populyasiyanın ehtuyatı məhduddur və azalır [3, 4].

Məhdudlaşdırıcı amillər:

Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıq [4].

Mühafizə tədbirləri:

Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur [4].

.Şablon:-qaralama