Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Bənövşəyi sığırquyruğu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Bənövşəyi sığırquyruğu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.
Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.
Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Küküdağ–Darboğaz, Batabat).
Populyasiyanın ehtuyatı məhduddur və azalır.
Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.
Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.