Şiş sinanxium

Vikipediya saytından
Malikli (müzakirə | töhfələr) (Yeni səhifə: Cynanchum acutum L., Hündürlüyü 20-150 sm olan çoxillik ot bitkisidir. Gövdəsi uzun, sarmaşandır. Yarpaq: Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ür...) tərəfindən edilmiş 06:33, 15 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Cynanchum acutum L., Hündürlüyü 20-150 sm olan çoxillik ot bitkisidir. Gövdəsi uzun, sarmaşandır. Yarpaq: Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. Çiçək: Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5- 7 mm-dir, uzunluğu 4-5 mm olan uzunsov küt bölümlüdür. Meyvə: Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5-7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. Çiçəkləməsi: İyun-Avqust (Sentyabr) Meyvə verməsi: Avqust-Oktyabr Azərbaycanda yayılması: BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında. Yaşayış mühiti: suvarma kanallarının sahilində, kollu cəngəlləklirdə, çay və meşə kənarında, dəniz sahilində, alaqlı yerlərdə, səpələnmiş və qrup halında rast gəlinir. Təsərrüfat əhəmiyyəti: Zəhərli bitkidir. Yarpaqlarının parenxim hüceyrələrində kauçuk vardır.