Şiş sinanxium

Cynanchum acutum L.,Hündürlüyü 20-150 sm olan çoxillik ot bitkisidir. Gövdəsi uzun, sarmaşandır.[2]

Şiş sinanxium
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şiş sinanxium
Beynəlxalq elmi adı

Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir.[2]

Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür.[2]

Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir.[2]

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyun-Avqust (Sentyabr)[2]

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

Avqust-Oktyabr[2]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında.[2]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Suvarma kanallarının sahilində, kollu cəngəlləklirdə, çay və meşə kənarında, dəniz sahilində, alaqlı yerlərdə, səpələnmiş və qrup halında rast gəlinir.[2]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Zəhərli bitkidir. Yarpaqlarının parenxim hüceyrələrində kauçuk vardır.[2]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 212.
  2. 1 2 3 4 5 6 7 8 9 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016