Ədalət Ətayi

Vikipediya saytından
NuraMH (müzakirə | töhfələr) (Yeni səhifə: Ətayi Ədalət Əbülfət oğlu 1951 –ci ilin 15 avqust tarixində Goranboy ( Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci il...) tərəfindən edilmiş 09:14, 18 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
       Ətayi   Ədalət Əbülfət  oğlu    1951 –ci ilin 15 avqust  tarixində  Goranboy ( Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun  fizika fakultəsinə daxil olmuşdur. 1973-cu ildə Bakı Dövlət  Universitetini  bitirmiş və  Milli Elmlər Akademiyasının  N. Tusi adına Şamaxı Astrofizika rəsəd-xanasına təyinatla göndərilmiş, Planetlər fizikası  laboratoriyasında  kiçik elmi işçi vəzifəsində  çalışmağa  başlamışdır.
       1975-ci ildə  EA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki  kraterlərdən birində  əbədiləşdirilmiş Nadir İbrahimovun  rəhbərliyi altında Günəş sistemi  planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa baş-lamışdır.  N.İbrahimovun  vəfatından sonra    elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata ( Qazaxstan) Astrofizika İnstitutunda  görkəmli astrofizik prof. V.Q. Teyfelin  rəhbərliyi altında  işləmiş  və 1981-ci ilin  fevralında  Kiyev  şəhə-rindəki  Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi  Şurasında “Uran , Neptun və nəhəng planetlərin  parlaq peyklərinin spektrofotometriyası” mövzü-sunda  dissertasiya müdafiə edərək  fizika riyaziyyat elmləri  namizədi  alimlik də-rəcəsi almışdır. 
     50-dan çox elmi məqalənin müəllifidir. Orta məktəb  dərsliyi olan “Astrono-miya”   kitabının müəlliflərindən biridir.  Avropa astronomiya cəmiyyətinin  üzvüdür. Bir müddət respublika ali məktəblərində - APU  və BDU-da  ixtisas kursu aparmış və bu gün    Şamaxı Astrofizika Rəsədxanasında  aparıcı elmi işçı  vəzifəsində çalışır.